Məhkəmə qərarları › İş №3(062)-875/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-875/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-875/2024 18.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə özünə məxsus olan “Mazda CX9” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etmiş bu zaman yol polis əməkdaşları tərəfindən saxlanılan zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi məlum olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf etməyərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan “Mazda CX9” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yolda polis əməkdaşları onu saxlayaraq yoxlayan zaman onun sərxoş olub-olmamasını yoxlamaq istədiklərini bildirmişlər. O isə sərxoş olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun alkotesterdən istifadə edərək yoxlanılmasını təklif edəndə o heç bir etiraz etməmişdir. Yoxlama zamanı ondan alkoqol qəbul etdiyi göstərilmişdir. O bildirmişdir ki, bir gün öncə cəmi 50-100 qram araq qəbul etmişdir. Bu müddət ərzində isə o alkoqollu qala bilməz. O polis əməkdaşlarına inanmadığı üçün Gəncə şəhərində sərxoşluğunun olubolmaması məqsədilə həkim müayinəsindən keçmişdir. Müayinədən keçən zaman onda sərxoşluq olmadığı aşkar olunmuşdur. Odur ki, ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilən X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəmkir RPŞ Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 20 sentyabr 2024-cü il tarixdə “Mazda CX9” minik markalı **- SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü saxlamışlar. Sürücünün şəxsiyyəti müəyyən olunmuşdur. Şəxs sərxoşluq hallarının müayinəsi məqsədilə alkotester edilməsi bildirilmişdir. Sürücü Şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra alkotester vasitəsilə test edilərkən onda 0,342 promil alkoqol müəyyən olunmuşdur. Bu zaman sürücüdən səbəbi soruşularkən onun 50 qram araq qəbul etdiyini bildirmişdir. Ona alkotesterin nəticəsindən narazı olub-olmaması, həmçinin həkim müayinəsinə ehtiyac olub-olmaması soruşulmuşdur. O isə cavabında heç bir müayinəyə ehtiyac olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilən X1 şahid X2 ilə eyni məzmunlu ifadə verdi. İşdə olan 16741 saylı prtokollaşdırma əsasında aparılmış alkotesterin qəbzindən görünür ki, Şəxs 20 sentyabr 2024-cü il tarixdə saat 09:55-də 0,342 promil alkoqol sərxoşu olmuşdur. İşə əlavə olunmuş videodiskə baxış keçirilən zaman sürücü Şəxs alkotester testinin nəticəsi ilə razılaşdığı, həkim müayinəsinə ehtiyacın olmadığını bildirməsi görünür. İşə əlavə olunmuş 20 sentyabr 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə nəticəsində Şəxs 20 sentyabr 2024-cü il tarixdə sərxoş olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, şahidlərin ifadəsi, videogörüntünü əks etdirən disk, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən sürücü Şəxs alkotestrin nəticələri ilə razılaşaraq həkim müayinəsindən imtina etməsini əsas götürür. Video görüntüdə də əks olunduğu kimi sürücü Şəxs alkotester olunması ilə razılaşır. Onun 0,342 promil sərxoş olması müəyyən olunandan sonra sürücü bu hala heç bir etirazını bildirməmiş, əksinə bunun 100 qram araq içməsi ilə əlaqələndirmişdir. Bu zaman sürücü Şəxs həkim müayinəsi təklif olunsa da o bundan imtina etmişdir. Sonradan onun Gəncə şəhərində müyainədən keçərək alkoqol sərxoşu olmaması inzibati xətanın olmaması anlamına gələ bilməz. Belə ki, polis əməkdaşı tərəfindən alkotestrlə sərxoşluğun yoxlanılması 20 sentyabr 2024-cü il tarixdə saat 09:55-də aparılmışdır. Sürücünün özünün müstəqil şəkildə müayindən keçdiyi tarix isə 20 sentyabr 2024-cü il saat 12:34 olmuşdur. Məhkəmə burada hadisənin törədilmə anını diqqətdə saxlayaraq qeyd edir ki, hadisənin baş vermə anı əslində sürücünün sərxoşluğunun müəyyən olunduğu vaxtla uyğunlaşdırılmalıdır. İlk öncə polis əməkdaşının alkotester aparması ilə sürücünün könüllü şəkildə keçdiyi müayinə arasında 2 saat 40 dəqiqə vaxt keçmişdir. Bundan başqa sürücünün könüllü şəkildə müayinəsi ağızdan gələn havanın müyainəsi ilə müəyyən olunmuşdur. Bütün bu halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əlaməti mövcuddur. Məhkəmə inzibati xəta törətmiş şəxsin polisin həkim müayinəsindən keçməsindən imtina edərək 2 saat 40 dəqiqə sonra özü trəfindən nəfəs yolu aktı sübut növü kimi qəbul etmir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun ilk dəfə eyni xarakterli inzibati məsuliyyətə cəlb olunmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs həmçinin İXM-nin 329.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 329.1-ci maddəsi ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddəyə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar