Məhkəmə qərarları › İş №3(062)-875/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-875/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-875/2025 08.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon X7 təhlükəsizlik bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz rayonu Bozalqanlı kəndində Cəfərova Sücayət məcid qızına məxsus qaz sayğacının plompunu, kombini və su qızdırıcısını sındıraraq 100 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş əmlakı qəsdən məhv etmə və ya zədələmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 232-1-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs X4 onun qaynanasıdır.O şücaət qızı Ayşən ilə 2016 –cı ildə ailə həyatı qurmuşdur.Həmin evlilikdən onun 2 azyaşlı övladı dünyaya gəlmişdir. Ayşən onun xəyanət elediyini əsas gətirərək ondan boşanmaq üçün Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Ayşən onunla boşanmaq istədiyi gündən bəri dəfələrlə ona şər ataraq, onun barəsində polisə böhtan xarakterli ərizələr yazmışdır.Buna görə də əsəbiləşərək X3 məxsus kombinin, qaz sobasının və elektrik qızdırıcısının borusunu sındırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-cü il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞnin İTB-nə göndərilməsi qərara alınmışdır. Təhqiqat araşdırması zamanı izahatı alınmış X4 bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Şəxs onun kürəkənidir. Onun Tural ilə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. Tural qızı Ayşən ilə evli olsada,təxminən 3 aydır ki, qızı Ayşən ondan boşanmaq üçün Tovuz Rayon Məhkəməsində iddia qaldırmışdır. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində o, yaşadığı evin həyətində olan işiğı keçirmək üçün evdən çölə çıxmışdır.O, evin həyətinə çıxanda kürəkəni Turalın yaşadığı evin həyətində olan qaz sayğacını əli ilə müdaxilə elədiyini görmüşdür.Tural onu evin həyətində görmüş və qaçıb getmişdir. Sabah 09 radələrində O, əri Vaqif ilə birlikdə evin həyətinə baxan zaman qaz sayğacının plombunun sındırıldığını, kombinin , elektrik qızdırıcısının və qaz sobasının borusunun kəsildiyini görmüşlər.Həmin vaxt o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir.Sonra isə o, Tovuz RPŞ-nə gəlib ərizə yazmışdır.X6 bildirmişdir ki, kürəkəni Tural ona məxsus kombinin,elektrik qızdırıcısının və qaz sobasının borusunu qəsdən kəsərək ona 100 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 38, 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə, yəni 100 (yüz) manat məbləğdə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar