Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-879/2023 13.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsi, hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Tovuz Rayon İcra və Propbasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Tovuz rayonu, Bozalqanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində ona görə Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, Tovuz Rayon Məhkəməsi tərəfindən 2(062)- 555/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 27 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınıb tərəflərin birgə yaşayış və nikahlarından 04 avqust 2006-cı il tarixdə anadan olmuşş Sona və Sevil adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, cavabdeh Şəxs icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Tovuz Rayon Məhkəməsi tərəfindən 2(062)-555/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 27 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınıb tərəflərin birgə yaşayış və nikahlarından 04 avqust 2006-cı il tarixdə anadan olmuşş Sona və Sevil adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədini icra etməmişdir. Ona görə də, qanuna müvafiq qərar gəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsi tərəfindən 2(062)-555/2020 saylı xx.xx.2020-ci il tarixində verilmiş icra sənədini üzürlü səbədən icra etməmişdir. O, məhkəmə qərarını icra etməkdən boyun qaçırmamışdır. Hazırda yeni işə düzəlib və borcunu ödəyəcəkdir. Zərərçəkmiş şəxs 400 manat aliment borcundan ödəniş etmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, Tovuz Rayon Məhkəməsi tərəfindən 2(062)-555/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs onun qarşısında aliment borcu vardır. Şəxs icra sənədini icra etmir. Borcundan cəmi 200 manat iki gün bundan əvvəl və 200 manat məhkəmə prosesindən öncə ödəniş etmişdir. Ona görə də, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materialın sənədlərini nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Normativ aktın mənasına görə, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün yuxarıda göstərilən maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Proses iştirakçılarının izahatları və iş materiallarından göründüyü kimi, Tovuz Rayon Məhkəməsinin 2(062)-555/2020 saylı xx.xx.2020-ci il tarixində verilmiş icra sənədinə əsasən 27 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment alınıb tərəflərin birgə yaşayış və nikahlarından 04 avqust 2006-cı il tarixdə anadan olmuşş Sona və Sevil adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə icra sənədi mövcuddur. Lakin məhkmə iclasında Şəxs bildirdi ki, borcundan 400 manat ödəmiş və zərərçəkmiş şəxs bunu təsdiq etmişdir. Hazırki vəziyyətdə Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini özündə ehtiva edən hallar aşkar edilməmişdir. Azərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 3-cü mаddəsinə uyğun olaraq, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi əsas qərəzlərdən biridir. Bundan əlavə borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi də sadalanan əlamətlərdəndir. Konstitusiya Məhkəməsi borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasını da məhkəmə aktının qərəzli icra edilməməsinin əlaməti sayır. Yəni borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 13 oktyabr 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 13 oktyabr 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxsinzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-879/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-879/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver