Məhkəmə qərarları › İş №3(062)-895/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-895/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-895/2024 17.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Tovuz rayonu Alakol kəndində baldızı oğlu X2 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Tovuz rayonu Alakol kəndində həmkəndlisi X1 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Baş vermiş xətalar ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə ayrı-ayrılıqda protokollar tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati xəta haqda iş üzrə materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş protokollar üzrə icraat birləşdirilərək bir icraatda baxıla bilər. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 6.3-cü maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilməsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında nümayiş etdirdiyi mövqeyə görə inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoyulsa da bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir, lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Göründüyü kimi Azərbaycan Respublikası İXM-də işlərin birləşdirilməsi göstərilmədiyindən analogiya üzrə Azərbaycan Respublikası CPM-yə mürciət olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraata birləşdirilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilməklə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 34 və CPM-nin 49-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə toplanmış materiallar bir icraatda birləşdirilməklə baxılsın. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar