Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-897/2025 28.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, deməsinə görə əvvəllər məhkum olunmuş, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan Şəxs- Barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə səlahiyyətli orqan tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, 27 noyabr 2025-ci il tarixdə saat 17 radələrində Tovuz RPŞ-nin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Şəxs barəsində Tovuz Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdi ki, 27 noyabr 2025-ci il tarixdə barəsində olan cinayət işi üzrə Tovuz RPŞ-ə arvadı Aysel Şəmşəddinova müstəntiq Elnar Məmmədov tərəfindən çağırılmışdır. Çağırış zamanı onun da polisə gəlməsi bildirilmişdir. O da öz vəkili Rəşad Abdullayevə məlumat vermişdir. Polisdə olarkən o müstəntiq Elnar Məmmədova bildirmişdir ki, o arvadı ilə barışmışdır. Barışıq ərizəsi də polisə verilmişdir. Polisə dəvət olunarkən vəkilinə də bu barədə məlumat vermişdir. Orada olarkən heç bir səs-küy və problem olmamışdır. Müstəntiq onu otaqdan çıxardıqdan sonra qapının yanında gözləmişdir. Gözləyərkən orada heç bir səs yazmamışdır. Sadəcə bildirmişdir ki, barışıq ərizəsi verilib, nəyə görə bura çağırılmışlar. Heç bir inzibati xəta törətməmişdir. Həmin vaxt vəkili də onun yanında olmuşdur. Hətta o da şahid qismində ifadə verə bilər. O heç bir inzibati xəta törətməmişdir. Əgər bilmədən hər hansı xəta törətmiş olsa belə bağışlanmağını istəyir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilən X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi vəzifəsində işləyir. 27 noyabr 2025-ci il tarixdə Tovuz RPŞ-nin inzibati binasında xidməti iş otağında olarkən icraatında istintaq olunan cinayət işi üzrə zərurət yarandığından iş üzrə zərərçəkmiş şəxs X1 mobil telefonla zəng edərək barəsində zəruri istintaq hərkətlərinin keçirilməsindən ötrü Tovuz RPŞ-yə dəvət etmişdir. Aradan bir qədər keçdikdən sonra zərərçəkmiş şəxs Aysel Şəmşəddinova dəvət olunmadığı halda əri Şəxs ilə birlikdə xidməti otağına daxil olduqda iş üzrə təqsirləndirilən şəxs Şəxs uca səslə danışıb zərərçəkmiş şəxs Aysel Şəmşəddinovaya ifadəsinin məzmununda dəyişiklik etməsi üçün təzyiq etməyə başlamışdır. Həmin vaxt o təqsirləndirilən şəxs Şəxs hüquq və vəzifələrini izah edərək polis şöbəsinin inzibati binasının qarşısında gözləməsini təklif və xahiş etmişdir. Şəxs xidməti otağın giriş qapısının çölündə gizlincə üzərində olan mobil telefonlarla istintaq hərəkətinin gedişini qeydə almaqla onun təklif və xahişinə məhəl qoymamışdır. Həmin zaman ucadan ünvansız nalayiq ifadələr işlətmiş, şöbənin inzibati binasında gündəlik iş rejimini kobudcasına pozmuşdur. İş üzrə şahid qismində dindirilən X7 məhkəmə iclasında göstərdi ki, Şəxs qayınatasıdır. 27 noyabr 2025-ci il tarixdə polis şöbəsinə o da getmişdir. Orada hər hansı mübahisə və səs-küy eşitməmişdir. Qayınanasının qıcolması ilə əlaqədar xəstəliyi olduğuna görə onu tək buraxmamışlar. O orada olan zaman hər hansı səs-küy olmamışdır. İş üzrə könüllü şahid qismində ifadə verən X2 məhkəkmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs onun əridir. Əvvəllər onunla aralarında mübahisə olduğu üçün Tovuz RPŞ-nin İstintaq Bölməsində ərinin barəsində cinayət işi mövcuddur. O zərərçəkmiş şəxsdir. 27 noyabr 2025-ci il tarixdə müstəntiq Elnar Məmmədov tərəfindən zəng vurularaq şöbəyə yaxınlaşması bildirilmişdir. O isə əri ilə birlikdə, kürəkənləri Aslan da onlarla birlikdə Tovuz RPŞ-yə getmişlər. Orada olan zaman hər hansı mübahisə olmamışdır. Orada səs yazma da olmamışdır. Sadəcə onlar barışdıqlarını bildirmişlər. Elnar müəllimə barışdıqlarını dedikdən sonra əri də bunu bildirmişdir. Cüzi mübahisə olmuş hətta sonradan səs-küyə Tovuz RPŞ-nin rəisi də səsə oraya gəlmişdir. O da rəisə yalvararaq bildirmişdir ki, barışmışlar. Rəisdən işin niyə uzanmasını soruşmuşdur. Orada ərinin telefonla səs yazmasından xəbərdar deyil. Məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb, inzibati xəta törətmiş şəxsi və şahidləri dinləyib hesab edir ki, Şəxs əməlində cinayətin tərkibinin olması ehtimal olunur. Belə ki, şahid ifadələrinə əsasən Şəxs ehtimal olunan törətdiyi əməllər Tovuz RPŞdə iş rejiminin pozulması və istintaqın normal gedişinə mane olmaq kimi hərəkətlərlə müşayiət olunmuşdur ki, bu da Azərbaycan Respublikası CM-də nəzərdə xuliqanlıq və ibtidai istintaqın həyata keçirilməsinə mane olması ehtimalına əsas verir. Lakin bu hal araşdırılıb müvafiq qiymət verilmədən inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta hıqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlinə yenidən hüquqi qiymət verilməsi üçün iş materialları üzrə icraata xitam verilməli və cinayətin əlamətləri olması araşdırılması üçün Tovuz Rayon Prokuroruna göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 85, 100, 109, 110, 114 və 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqda iş üzrə icraata xitam verilsin və materiallar Şəxs əməlində cinayət tərkibinin olub-olmasının yoxlanılması üçün Tovuz Rayon Prokuroruna göndərilsin. Görülmüş tədbirlər barəsində Tovuz Rayon Məhkəməsinə məlumat verilsin. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-897/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-897/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver