Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-90/2024 14.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1963-cü il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu Qırılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə özünə məxsus olan idarə etdiyi “Ford Transit minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz-Böyük Qışlaq yolunun Tovuz rayonu Əsrik Cırdaxan kəndi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq, X2 idarə etdiyi “VAZ 2107” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə X1 ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs xx.xx.2023-cü il tarixdə özünə məxsus olan idarə etdiyi “Ford Transit minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz-Böyük Qışlaq yolunun Tovuz rayonu Əsrik Cırdaxan kəndi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq, X2 idarə etdiyi “VAZ 2107” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə X1 ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Törətdiyi hadisədən peşmandır. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun ibtidai araşdırma zamanı alınmış etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış rədd materialı ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşə əlavə olunmuş 09 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşə əlavə olunmuş 07 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 727 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar olunmuş xəsarət sol bud sümüyünün açıq, çoxqəlpəli, oynaqdaxili, yerdəyişməli sınığı küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-90/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-90/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver