Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-901/2024 27.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-901/2024 saylı qərarının icrasına xitam verilməsinə dair Şəxs ərizəsinə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü il tarixdə “Mercedes Atego 2528” yük markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xəta törətdiyindən xx.xx.2024-cü il tarixli elektron qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-901/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Bundan sonra Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-901/2024 qərarının icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs ərizəsini onunla əsaslandırmışdır ki, hazırda bütün cəriməni ödəmişdir. Ona görə də barəsində olan qərar üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını, ərizəni və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə əsaslı hesab edilərək təmin edilməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-901/2024 saylı qərarının icrasına xitam verilməlidir. “AsanPay” ödəniş sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs adına tərtib olunmuş İXP ******* nömrəli protokola görə cəriməni ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 152.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115. 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-901/2024 saylı qərarının icrasına xitam verilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-901/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-901/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver