Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-905/2023 23.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Tovuz rayonu Sarıtala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2458/0022 saylı 01 noyabr 2022-ci il tarixində verilmiş icra sənədinə əsasən Şəxs X2 Təsərrüfatı Mərkəzinin balansında olan Qovlar şəhər meşəbəylinin 8 saylı meşə dolayının ərazisində yerləşən 4X3,2 metr ölçüdə tikilidən çıxarılması barədə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2458/0022 saylı 01 noyabr 2022-ci il tarixində verilmiş icra sənədini üzürlü səbədən icra etməmişdir. O, hal-hazırda heç bir yerdə işləmir və onun maddi imkanı yoxdur ki, başqa bir yerdə yaşasın. O, məhkəmə qərarını icra etməkdən boyun qaçırmamışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş sənədlərlə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs gətirdiyi dəlillər özünü müdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən yayınmağa yönəlmişdir. Məhkəmə Şəxs barədə inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Şəxs qadın olmasını məhkəmə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə Şəxs inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-905/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-905/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver