Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-914/2024 25.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan inzibati xətaya dair materiala baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə səlahiyyətli orqan tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, hüquqi şəxs "xxxx" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmasından yayınmışdır. "xxxx" MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqda protokol və ona əlavə edilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, protokola əlavə olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi başqa hüquqi şəxsə məxsusdur. Belə ki, tərtib edilmiş protokolda inzibati xətanı törədən hüquqi şəxs barəsində məlumatlar dəqiq müəyyən edilməmişdir. Hansı ki, protokolun özündə də qeyd edilmişdir ki, (barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vəzifəli şəxs kimi məsuliyyətə cəlb edildikdə vəzifəsi, vətəndaşlığı, doğulduğu tarix, şəxsiyyətinin təsdiq edən sənədin seriyası və nömrəsi, hüquqi şəxsin adı, təşkilatihüquqi forması, hüquqi ünvanı və vergi ödəyicinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar inzibati xəta haqda protokolda göstərilməlidir. Məhkəmə işin icraata qəbul edilməsi mümkünlüyünü yoxlayarkən bəlli olmuşdur ki, ********** saylı VÖEN Şəxs MMC-yə məxsusdur. Protokolda eləcə də ona əlavə olunmuş sənədlərdən görünür ki, inzibati məsuliyyət müəyyən olunması üçün barəsində məlumatlar göstərilən hüquqi şəxslə "xxxx"MMC VÖEN qeyd edilmiş hüquqi şəxs Şəxs MMC ayrı-ayrı hüquqi şəxsdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati protokol düzgün tərtib olumadığına görə inzibati protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 100, 109, 110 və 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati protokol düzgün tərtib olunmadığına görə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-914/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-914/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver