Məhkəmə qərarları › İş №3(062)-915/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-915/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-915/2023 27.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştiraklaı ilə, xx.xx.1959-cu ildə Tovuz rayonunun İbrahimhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, “Naiqin-K Tovuz Baltiya MMCnin qanuni təmsilçisi, Tovuz rayonunun İbrahimhacılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən toplanılmış sənədlərdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)- 02/2015 saylı icra sənədinə əsasən xx.xx.2012-ci il tarixli, AK403/2012 saylı kredit sazişi üzrə "xxxx" MMC-dən cəmi 147567,33 manat əsas borcun, 21597 manat faiz borcunun, 3000 manat cərimə borcunun, xx.xx.2013-cü il tarixli, H080KK13-K-361-12 saylı kredit müqaviləsi üzrə 18578,57 mnat əsas borcun, 629,61 manat faiz borcu olmaqla, 1000 manat məbləğində cərimənin pulun və 20 manat dövlət rüsumunun alınıb, "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Bundan başqa digər icra sənədinə görə, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli icra səndinə əsasən "xxxx" MMCdən”Texnologiya”ASC-nin xeyrinə 4610 ABŞ dolları borcun ödənilməsi qərara alınmışdır. Yəni, Ukraynanın Sum vilayətinin Təsərrüfat Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində tanınaraq məcburi icraya yönəldilmişdir. Yuxarıda qeyd edilən icra sənədləri üzrə icraat bir icraatda birləşdirilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Tovuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 bildirdi ki, Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Hazırki icra sənədindən başqa digər icraq sənədi də mövcuddur ki, həmin icra sənədi üzrə MMC-nin əmlakı girov və ipoteka predmeti olduğundan MMC-nin hər hansı əmlakı barədə icra tədbirləri həyata keçirilə bilmir.Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində iş üzrə icraat aparılan şəxs izahatında göstərdi ki, əslində MMC-nin sahibi o deyildir. Baxmayaraq ki, qanuni təmsilçi kimi onun adına fəaliyyət göstərir. Hazırki icra sənədindən başqa digər icraq sənədi də mövcuddur ki, həmin icra sənədi üzrə MMC-nin əmlakı girov və ipoteka predmeti olduğundan MMCnin hər hansı əmlakı barədə icra tədbirləri həyata keçirilə bilmir. Həm də şirkət vergi tərəfindən möhürlənib və bütün fəaliyyəti dayandırılmışdır. Öhdəliklərin icrasını təmin etmək mümkün deyildir. Əlavə olaraq onu da qeyd etdi ki, əvvəllər İİ qrup əlilliyi müəyyən edilsə də, hazırda komissiyanın qərarı ilə barəsində müəyyən edilmiş əlillik ləğv edilmişdir. Ona görə də, nəzərə alınmasını xahiş etdi. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(104)-02/2015 saylı icra sənədinə əsasən xx.xx.2012-ci il tarixli, AK403/2012 saylı kredit sazişi üzrə "xxxx" MMC-dən cəmi 147567,33 manat əsas borcun, 21597 manat faiz borcunun, 3000 manat cərimə borcunun, xx.xx.2013-cü il tarixli, H080KK13-K-361-12 saylı kredit müqaviləsi üzrə 18578,57 mnat əsas borcun, 629,61 manat faiz borcu olmaqla, 1000 manat məbləğində cərimənin pulun və 20 manat dövlət rüsumunun alınıb, "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Bundan başqa digər icra sənədinə görə, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli icra səndinə əsasən "xxxx" MMC-dən”Texnologiya”ASC-nin xeyrinə 4610 ABŞ dolları borcun ödənilməsi qərara alınmışdır. Şəxs icra sənədləri üzrə borcu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də haqlı olaraq Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs əmindir ki, o "xxxx" MMC-nin qanuni təmsilçisidir və həmin şirkətin əmlakına tutmanın yönəldilməsi mümkün deyildir. Belə ki, "xxxx" MMC-yə məxsus bütün daşınar və daşınmaz əmlaklar hazırki işə aidiyyəti olmayan iş üzrə ipoteka və girov predmetləridir. Yəni, həmin əmlaklara tutmanın yönəldilməsi və bununla da hazırki iş üzrə icra sənədlərinin icrası mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və onun iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər Hazırki iş üzrə Şəxs vəzifəli şəxsdir və tənbeh tətbiq edilərkən İXM-nin 528.1-ci maddəsinin sanksiyası nəzərə alınmalıdır.Yəni həmin maddənin sanskiyasında vəzifəli şəxs barədə ancaq cərimə növündə tənbehin tətbiq edilməsi nəzərdə tutulmuşdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar