Məhkəmə qərarları › İş №3(062)-915/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-915/2025

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-915/2025 14.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxxx 1968-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli icra qeydinə əsasən 1307 manat pulun Şəxs alınıb "xxxx"MMC-yə verilməsi barədə icra qeydinin icrasından üzrsüz səbəbdən yayınmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən 1307 manat pulun Şəxs alınıb "xxxx"MMC-yə verilməsi barədə icra qeydi Tovuz Rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcundan ödəmə etməmişdir. Məhkəmə tərəfindən borcun ödənilməsi üçün müddət verildikdən sonra 50 manat ödəmə etmişdir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, məhkəmə tərəfindən möhlət verildikdən sonra onun tərəfindən 50 manat ödəmə etmişdir. Tələbkar ilə razılıq əldə edərək borcunu hissə-hissə ödəməsi barədə razılaşmışdır. Tezliklə borcunu bağlayacaq. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə əlavə olunmuş Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən 50 manat pul tələbkara göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu tərəfindən 50 (əlli) manatın tələbkara ödənilməsi Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmadığını göstərir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar