Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-926/2025 08.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz şəhəri M.Ə.Sabir küçəsi ev 95-də qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzbati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz regional “ASAN xidmət” mərkəzində notarius ofisinin xüsusi notariusi X2 tərəfindən verilmiş 01 noyabr 2025-ci il tarixli icra qeydinə əsasən 7500 manat pulun və 25 manat dövlət rüsumu Şəxs alınaraq X1 verilməsi barədə icra qeydi verilməsinə baxmayaraq Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında göstərdi ki, Tovuz regional “ASAN xidmət” mərkəzində notarius ofisinin xüsusi notariusi X2 tərəfindən verilmiş 01 noyabr 2025-ci il tarixli icra qeydinə əsasən əsasən 7500 manat pulun və 25 manat dövlət rüsumu Şəxs alınaraq X1 verilməsi qeyd edilməsinə baxmayaraq Şəxs borcunu ödəmədiyi üçün onun barəsində protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər aralarında olan münasibət obyektin alqı-satqısı ilə bağlı yaranmışdır. Həqiqətən də Oktay Alisgəndərov tərəfindən ona 7500 manat pul verilmişdir. O verilmiş pulun qaytarılmasından da imtina etmir. Özlərinə məxsus olan obyekti sonradan Oktay Alisgəndərov almamışdır. Pul verilən zaman etibarlı olması üçün isə borc müqaviləsi bağlanmışdır. Borcun ödənilməsindən yayınmaq fikri də yoxdur. Tələbkar ilə əlaqə saxlayaraq borcun ödənilməsinə hazır olduğunu bildirsə də Oktay Alisgəndərov xaricdə olduğunu bildirmişdir. Borcu ödəməkdən yayınmaq fikri yoxdur. İcra işindən bu gün xəbərdar olmuşdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borc müqaviləsi üzrə notarius tərəfindən icra qeydi 01 noyabr 2025-ci il tarixdə verilmiş və icra məmuru tərəfindən 05 noyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Borcluya icra işi barəsində 08 dekabr 2025-ci il tarixdə izahatı alınaraq məlumat verilmiş və rəsmi qaydada məlumatlandırılmışdır. Bundan başqa borclunun borcu ödəməkdən yayınmaq fikrinin olmaması icra işi üzrə hər hansı qərəzin olmadığının göstəricisidir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-926/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-926/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver