Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-927/2024 31.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Abbasova (Novruzova) Raya Çoban qızının iştirakları ilə xx.xx.1961-ci ildə Tovuz rayonu Çeşməli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan və yaşayan Abbasova (Novruzova) Raya Çoban qızının barəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Abbasova (Novruzova) X3 Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 3(062)- 280/2024 saylı inzbati tənbeh vermə haqqında qərarın icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X2 məhkəmə iclasında göstərdi ki, Abbasova (Novruzova) Raya Çoban qızı məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 3(062)- 280/2024 saylı inzbati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 160 (yüz altmış) saat ictimai işlər inzbati tənbeh tədbiri tətbiq olunmuşdur. Raya Abbasova ictimai işlərin icrasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. İctimai işlər tənbeh tədbirini icra edə bilməyəcəyini bildirmişdir. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Abbasova (Novruzova) Raya Çoban qızı məhkəmə iclasında göstərdi ki, icra işindən xəbərdardır. İcra işindən boyun qaçırmır. İcra məmuruna bu barədə məlumat verməklə icra işini mümkün olduğu qədər onun yaşadığı evə yaxın təyin edilməsini xahiş etmişdir. Onun xahişinin səbəbi isə evdə təsərrüfatının olması və evdə tək yaşaması ilə əlaqədardır. Məhkəmə tərəfindən tətbiq olunmuş ictimai işlər növündə inzibati tənbehi icra etmək istəyir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsni xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Məhkəmə hesab edir ki, Abbasova (Novruzova) Raya Çoban qızının əməlində qeyd olunan inzbati xətanın tərkibi yaranmır. Belə ki, Raya Abbasova məhkəmə iclasında inzibati xəta törətməsini etiraf etmiş, bununla bağlı ona tətbiq olunmuş ictimai işlər növündə tətbiq olunmuş inzibati tənbehdən boyun qaçırmaq istəməmişdir. Bundan başqa ona elektron nəzarət vasitəsi tətbiq olunmamış və Raya Abbasova da maddənin tələbində aşkar şəkildə göstərilmiş normanın tələbini pozmamışdır. Qanunvericilik 529.4-cü maddədə “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” halını maddənin qeyd hissəsində konkret olaraq göstərmişdir. Raya Abbasovsanın əməlində isə bu hallar nə işin materialları ilə, nə də onun izahatı ilə öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki Abbasova (Novruzova) Raya Çoban qızının əməlində inzibati tənbehin çəkilməsindən boyun qaçırma əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinib, inzbati qaydada tənbeh edilə bilməz. Odur ki, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Abbasova (Novruzova) Raya Çoban qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-927/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-927/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver