Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-934/2025 09.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxx 1989-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Kirən kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzbati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2 (062)-1752/2025 saylı icra vərəqəsinə əsasən 3000 manat borc və dövlət rüsumu hesabəna ödənilmiş 50 manat pulun Şəxs alınaraq X1 verilməsi barədə icra vərəqəsi üzrə yaranmış borcunu tam ödəməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2 (062)-1752/2025 saylı icra vərəqəsinə əsasən 3000 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 50 manat pulun Şəxs alınaraq X1 verilməsi barədə icra vərəqəsini icra etməkdən üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Şəxs sonuncu dəfə inzibati məsuliyyətə cəlb olunduqdan sonra 300 manat ödəmə etmişdir. Hazırda Şəxs borcu 2700 (iki min yeddi yüz) manat təşkil edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, borcundan xəbərdardır. İnzibati məsuliyyətə cəlb olunaraq cərimə olunduqdan sonra borcundan 300 manat ödəmə etmişdir. Hər ay ödəmə etməklə tezliklə borcunu bağlayacaqdır. Hazırda qış ayı olduğu üçün iş zəif olduğundan borcundan əsaslı ödəmə edə bilməmişdir. Borcundan davamlı olaraq ödəmələr etmək fikri var. Maddi imkanı olduqca borcundan daha çox ödəmələr edəcək. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında araşdırılmış və inzibati materiala əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, Şəxs inzibati qaydada cərimə olunduğu tarixdən yəni 07 oktyabr 2025-ci il tarixdən sonrakı müddət ərzində borcundan ödəmə etmiş, dekabr ayında da borcundan ödəmə etmək istəyir. 20 noyabr 2025-ci il tarixdə borcun ödənilməsi barədə qəbzlə müəyyən olunur ki, Şəxs borcundan 300 manat ödəmə etmişdir. Bu hal icra vərəqəsi üzrə borcun ödənilməsində borclunun qərəzinin olmamasını göstərir. Yaxın müddət ərzində onun borcunu ödəmək istəyi isə məhkəmədə onun icra vərəqəsinin icrasından boyun qaçırmaması kimi inam formalaşdırır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri, bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-934/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-934/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver