Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-939/2024 15.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati işin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə o, inzibati məsuliyyətə cəlb olunaraq sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərardan o, xəbərdar olmamışdır. xx.xx.2024-cü ildə o, yol polisi əməkdaşı tərəfindən saxlanılarkən məlum olmuşdur ki, avtomobillə hərəkətdə olarkən sürət həddini aşmış, cəriməni ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Onun barəsində protokol tərtib edilən zaman sürücülük hüququ olmuşdur. Buna baxmayaraq, barəsində xx.xx.2024cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib 300 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd etdiyi kimi həmin vaxt, yəni xx.xx.2024-cü il tarixdə onun sürücülük hüququ olmuşdur. Onun isə sürücülük hüququ olmadan məsuliyyətə cəlb olunmağı qanunsuz və əsassızdır. Barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan o, xəbərsiz olmuşdur. Qanunvericiliyin tələbinə əsasən isə bu barədə o, məlumatlandırılmalı və şikayət vermək hüququnun təmin olunması üçün qərar ona rəsmi qaydada göndərilməli idi. Hesab edir ki, qərar qanunsuz və əsassız tərtib edilmişdir. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq X2 və qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-207/2024 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-207/2024 saylı qərarından görünür ki, X1 nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-207/2024 saylı qərarının icrasına xitam verilmişdir. İş materialları ilə müəyyən edilir ki, X2 xx.xx.2023-cü il tarixdə “VAZ-21154” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xəta törətdiyindən barəsində xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat məbləğində cərimə olunmuş, ona həmin qərar rəsmi qaydada göndərilmiş və həmin ünvanda sifarişli xəbərnaməyə imza etdirilməklə ona məxsus ünvanda həmin qərarı əldə etmişdir. Lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəfahət Hüseynovun sürücülük hüququ məhdudlaşdırıldıqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə o, istifadəsində olan “VAZ- 21154” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyindən yol polisi əməkdaşı tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələri ilə inzibati protokol tərtib edilmiş və həmin protokolun əsasında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilərək 300 manat məbləğində cərimə edilmişdir. Bundan sonra o, tətbiq olunmuş cəriməni DİN-in hesabına ödəmiş və həmin qərarın icrasına xitam verilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-207/2024 saylı qərarı ilə X1 nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-207/2024 saylı qərarının icrasına xitam verilmişdir. Göründüyü kimi X1 Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair qərar qəbul edilərkən, Şəfahət Hüseynovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, həmin qərar qüvvədə olmuşdur. Məhkəmə tərəfindən iş materiallarında olan sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, şikayətçi barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verilməmiş, bütün prosedurlar qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Məhkəmə iclasında tam aydın oldu ki, şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi üçün mötəbər və kifayət qədər əsaslar təqdim edə bilmədiyinə görə həmin qərar qanuni hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində qeyd olunmuşdur ki, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X1 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət vverilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-939/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-939/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver