Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-94/2024 16.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon Polis Şöbəsindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 fevral 2024-cü il tarixli İXP ******* saylı protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokol ona görə tərtib edilmişdir ki, Şəxs ASC istifadəsində olan nəqliyyat vasitəsini inzbati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusu əsasında verməmişdir. Bunun nəticəsində hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tovuz Rayon Polis Şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ASC tərəfindən İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə əlavə olunmuş Tovuz Rayon Polis Şöbəsi tərəfindən Şəxs ASC-yə ünvanlanmış 16 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitələrini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumatın verilməsi xahiş olunmuş, bu məlumatın verilməməsinə görə məsuliyyət barədə xəbərdar olunmuşdur. Poçt xəbərnaməsindən görünür ki, Tovuz RPŞ tərəfindən göndərilmiş 16 yanvar 2024-cü il tarixli məktub Şəxs ASC tərəfindən 24 yanvar 2024-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ASC tərəfindən istifadəsində olan nəqliyyat vasitələrini idarə etmək hüuquna malik fiziki şəxs barədə məlumat polis orqanına verilməmişdir. Hüquqi şəxsin mülkiyyətində olan İJ 27175 yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 yanvar 2024-cü il tarixdə İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs ASC-nin inzibati xəta törətməsi inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iclası zamanı inzbati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs ASC Azərbaycan Respubılikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-94/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-94/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver