Məhkəmə qərarları › İş №3(062)-940/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-940/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-940/2023 14.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən gömrük qanunvericiliyi ilə müəyyən edilmiş gömrük bəyənnaməsi təyinat gömrük orqanı olan Tovuz Gömrük İdarəsinə təqdim olunmamışdır. Belə ki, 07 oktyabr 2023-cü il tarixdə 77JC175/ 99ZK701 dövlət nömrə nişanlı DAF FT XF 105.460 markalı nəqliyyat vasitəsində "xxxx" MMC-nin ünvanına gətirilən “Suvarma sisteminin hissələri” yükünün gömrük ərazisinə daxil olmasından 15 gündən çox müddət keçməsinə baxmayaraq yükün rəsmiləşdirilməsi üçün təyinat gömrük orqanı olan Tovuz Gömrük İdarəsinə gömrük bəyənnaməsi təqdim olunmamışdır. "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, təmsilçisi olduğu hüquqi şəxsin adına onlar tərəfindən sifariş verilmiş suvarma sisteminin hissələri yükü ölkə ərazisinə gətirilmişdir. Səhlənkarlıq nəticəsində gömrük bəyənnaməsi Tovuz Gömrük İdarəsinə təqdim olunmamışdır. Barələrində protokol tərtib olunmamışdan əvvəl gömrük orqanı tərəfindən izahat verilməsi üçün məktub da göndərilmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə "xxxx" MMC haqqında xx.xx.2023-cü il tarixli 00200-02613/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə və "xxxx" MMC-nin nümayəndəsinin etirafedici ifadəsi ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 00200-02613/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən gömrük bəyənnaməsi gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC -yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb məhkəmə hesab edir ki, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-51, 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar