Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-943/2025 11.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Azaflı kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 8(062)-49/2025 saylı qərardadına əsasən xx.xx.2017-ci il təvəllüdlü Yaşar və xx.xx.2011-ci il təvəllüdlü Renat adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment alınması barədə öhdələyini icra etməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 8(062)-49/2025 saylı qərardadına əsasən xx.xx.2017-ci il təvəllüdlü Yaşar və xx.xx.2011-ci il təvəllüdlü Renat adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment alınması barədə öhdələyini icra etməmişdir.Hazırda Şəxs yenə də həmin öhdəliyini icra etmir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bununla bağlı məsuliyyətə cəlb olunmuşdur. İnzibati qaydada həbs olunduqdan sonra ödəmələr etmişdir. Sadəcə maddi imkanı zəif olduğundan borcunu tam ödəyə bilmir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 3(062)- 324/2025 saylı inzbati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanın törədilməsində təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs barəsində 01 may 2025-ci il tarixdə barəsində protokol tərtib olunaraq məhkəməyə gətirilmiş və onun barəsində 10 gün inzbati qaydada həbs edilmə barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq 11 dekabr 2025-ci il tarixdə icra məmuru tərəfindən yenidən həmin icra vərəqəsi əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə məsuliyyət müəyyən olunmaq üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Həmin maddənin dispozisiyasına əsasən əməl icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. İXM-nin 528.1-1-ci maddəsində isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunur. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 01 may 2025-ci il tarixdə məsuliyyətə cəlb olunmuşdur. Bu hal onu deməyə əsas verir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi barədə inzibati xəta tərkibi var və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz. Belə ki, Tovuz Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdur. Odur ki, Şəxs qanunverciliyin tələbinə əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən il ərzində eyni icra sənədi üzrə məsuliyyətə cəlb olunduğu üçün o yenidən eyni maddə ilə məsuliyyətə cəlb oluna bilməz. Odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-943/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-943/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver