Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-947/2023 13.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Tovuz rayonu Əyyublu kənd 1 saylı tam orta məktəbində müəllim işləyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli icra vərəqəsinə əsasən 24 iyul 2014-cü il tarixdə anadan olmuş Xaqan adlı uşaqla X2 hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 12:00-dək və əlavə olaraq həmin günlərdə 18:00-dan 20:00-dək ünsiyyət saxlaması üçün görüş verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli icra vərəqəsinə əsasən 24 iyul 2014-cü il tarixdə anadan olmuş Xaqan adlı uşaqla X2 hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 12:00-dək və əlavə olaraq həmin günlərdə 18:00-dan 20:00-dək ünsiyyət saxlaması üçün görüş verilməsi qərara alınmışdır. Şəxs icra vərəqəsini üzrsüz səbəbdən icra etmir. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən X4 ilə birgə nikahlarından anadan olmuş uşaqların həftənin şənbə və bazar günləri ünsiyyət saxlaması barədə görüşün olmasından xəbərdardır. Özü uşaqların görüşünə heç bir vaxt maneçilik törətmir. Oğlu Xaqan ümumiyyətlə anası ilə görüşmək istəmir. Uşaqların hər iksinə anaları ilə görüşməyi o özü də tövsiyə edir. Uşaqların isə görüşmək istəməməsinin səbəbini bilmir. İcra vərəqəsinin icrasından boyun qaçırmır. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, Şəxs ilə birgə nikahlarından anadan olmuş uşaqlarla ünsiyyət saxlaya bilmir. Buna əslində Şəxs mane olur. Şəxs uşaqları ilə ünsiyyət saxlamağı qadağan etmədiyini bildirsə də, hesab edir ki, Şəxs uşaqların onunla ünsiyyət saxlamasına mane olur. Hesab edir ki, uşaqların onunla ünsiyyətdən yayınmasının səbəbi onlara təklikdə uşaqları ilə görüşə şəraitin yaradılmamasıdır. Dediklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs görüşün keçirilməsinə mane olmur. Görüş vaxtı uşağı hər hansı vasitə və hərətkətlə görüşün qarşısının alması öz təsdiqini tapmır. Bundan başqa uşaqların ünsiyyətinə mane olmamaq istəyini bildirməsi fikrindən də görünür ki, Şəxs icra vərəqəsi üzrə öhdəliyinin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-947/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-947/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver