Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-950/2025 15.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məsimov Fərid Eldar oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X5 və onun qanuni nümayəndəsi X2 iştirakları ilə xx.xx.1969-cu ildə Tovuz rayonu Çeşməli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Çeşməli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən “Dik Daş” kafedə yetkinlik yaşına çatmayan X8 ilə X1 evliliyinə dair sövdələşmə mərasimi keçirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-si İTB-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru X7 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, Şəxs tərəfindən törədilmiş inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 189-1-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X6 onun oğludur. xx.xx.2025-ci il tarixdə oğlu Firdovsi ilə xx.xx.2011-ci il təvəllüdlü X8 arasında Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən “Dik Daş” adlı kafedə evliliyə dair sövdələşmə mərasimi, yəni 35 nəfərdən ibarət elçilik mərasimi keçirmişdir. Elçilik mərasimini o, təşkil etmiş və bütün xərcləri o, çəkmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X3 üç gündür ki, tanıyır. xx.xx.2025-ci il tarixdə valideynlərinin razılığı ilə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən “Dik Daş” adlı kafedə evliliyə dair sövdələşmə mərasimi, yəni 35 nəfərdən ibarət elçilik mərasimi keçirilmişdir. Məclis saat 14:00-da başlamış və bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər. Həmin sövdələşmə mərasimini X6 təşkil etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxsnın İXM-in 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 189-1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 1-2-ci hissələrinə əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Evliliyə dair “sövdələşmə” dedikdə nikah niyyəti ilə ailələrin, valideyinlərin və ya tərəflərin özlərinin razılığa gəlməsi, nişanlanma və ya gələcəkdə evlənmə öhdəliyin götürülməsi nəzərdə tutulur. Bu cür sövdələşmələr faktiki ailənin qurulması halı olmasa da, hər bir halda uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Göründüyü kimi törədilən əməl Konstitusiya ilə mühafizə olunan ailə və nikah münasibətlərinə mühüm ziyan vurmaqla, həmin münasibətlərin cəmiyyətdə sarsılmasına, eləcə də uşaqların erkən nikaha cəlb olunması təhlükəsinin yaranmasına səbəb olur. Bu isə həm Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit olunmuş nikahın könüllülük, bərabərlik və tərəflərin tam şüurlu razılığı prinsiplərinin, həm də uşaqların hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiya öhdəliklərinin pozulması ilə nəticələnir. Beləliklə, nəzərdə tutulan əməl eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə və hüquqi sabitliyinə zərər vurur. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2020-ci il tarixli 213 nömrəli qərarın 2.1.1-ci bəndində göstərilmişdir ki, erkən nikah – 18 yaşadək şəxslə bağlanmış nikahdır. İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 189-1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır. Materiala əlavə edilmiş “elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X6 xx.xx.1992-ci il tarixdə anadan olmaqla hazırda 33 yaşında, X8 xx.xx.2011-ci il tarixdə anadan olmaqla hazırda 14 yaşındadır. Belə ki, İXM-in 189-1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün on altı yaşına çatmayan şəxs barəsində nişanlanmaya və ya evliliyə dair sövdələşməyə daxil olmalıdır. Məhkəmə iclası zamanı müəyyən edilir ki, X6 xx.xx.2011-ci il təvəllüdlü X8 ilə evliliyə dair sövdələşməyə daxil olmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində məsuliyyətini ağırlaşdıran halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay müddətində inzibati həbs edilsin. Şəxs inzibati qaydada həbs etmənin əvvəli 15 dekabr 2025-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-950/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-950/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver