Məhkəmə qərarları › İş №3(062)-951/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-951/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-951/2023 13.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ İTB-nin sahə rəisi polis mayoru X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 05 avqust 1998-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər inzibati xətaya məruz qalmış, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində şəxsi münasibətlər zəminində tanışı X4 Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “Komfort” çay evində əli ilə vuraraq fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən xəsrətlər yetirməklə döymüşdür. 13 noyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətmiş olduğu xətanı etiraf etməyərək göstərdi ki, hadisə olan günü yəni 02 noyabr 2023-cü il tarixdə nə hadisə baş verən yerdə olmamış, nə Diananı görməmiş, nə də onu vurmamışdır. Zərərçəkmiş şəxsin izahatından sonra Şəxs göstərdi ki, Diana Əliyevanı bir müddətdir ki, tanıyır. Əvvəllər onunla münasibəti olmuşdur. 02 noyabr 2023-cü ildə Diana Əliyeva onun barəsində “tik-tok” internet sosial şəbəkəsində nalayiq ifadələr işlətmişdir. Diana Əliyeva daha sonra “duxun varsa Komfort çay evinə gələ bilərsənmi” ifadəsini işlıətmişdir. O əsəbləşdiyi üçün ora getmişdir. Lakin orada mübahisə etsələr də Diananı vurmamışdır. Sonra isə oradan ayrılaraq yaşadığı evə gəlmişdir. Buna baxmayaraq ora getməməli idi. Ona görə də törətdiyi əməldən peşmandır. Dediklərini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X6 məhkəmə iclasında göstərdi ki, Şəxs bir müddətdir ki, tanıyır. Belkə ki, onun Nərimanla qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Hazırda da 6 aylıq hamilədir. Nəriman ondan ayrıldıqları üçün aralarında mübahisələr olmuşdur. 02 noyabr 2023-cü il tarixdə “tik-tok” internet sosial şəbəkəsində o canlı yayım açaraq sosial şəbəkədə olan şəxslərlə söhbət edərkən Nəriman onu təhqir etmişdir. Bu zaman əsəbləşdiyi üçün Nərimanın ünavnına “duxun varsa Komfort çay evinə gəl” ifadəsini işlətmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Şəxs ora gələrək səs-küy salaraq onu vurmuşdur. Həmin zaman əlində bıçaq olmuşdur. Hazırda Nəriman ilə barışmır, ondan şikayətçidir və ağır inzibati tənbeh olunmasını məhkəmədən xahiş edir. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 13 noyabr 2023-cü il tarixdə MN №1861622 saylı protokol tərtib olunmuşdur. İşə əlavə edilmiş 07 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 02 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 881 saylı rəyindən görünür ki, X1 bədən səthində müəyyən edilmiş xəsarətlər sağ bud nahiyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 3(062)-929/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanın törədilməsində təqsirli bilinib 500 manat cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs X5 fiziki ağrı yetirərək döyməsi sübut olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzbati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 13 noyabr 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar