Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-955/2023 14.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, subay, Tovuz rayonu Qoşa kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 332.1 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində atasına məxsus olan **- BJ-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə edən zaman Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində Tovuz- Böyük Qışlaq kəndi istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirərək yolun əks istiqaməti ilə hərəkətdə olan UAZ 3962 sanitar yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq avtomobilə maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində atasına məxsus olan **-BJ-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə edən zaman Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində Tovuz- Böyük Qışlaq kəndi istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirərək yolun əks istiqaməti ilə hərəkətdə olan UAZ 3962 sanitar yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq ona ziyan vurmuşdur. Hazırda zərərin aradan qaldırılması istiqamətində müəyyən addımlar atmışdır. Bu gün zərərçəkən ilə barışıq da əldə etmişdir. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. İş üzrə zərəçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində özünə məxsus olan **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək üzü Tovuz şəhəri istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Niva markalı avtomobil qəflətən idarəetməni itirərərək onun avtomobilinə vurmuşdur. Hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Sonradan avtomobilə zərər vutran şəxsin Şəxs olduğu ona bəlli olmuşdur. Hazırda Şəxs ilə barışıq əldə etmişlər. 05 dekabr 2023-cü il tarixədək Şəxs avtomobilinə vurduğu zərərin əvəzini tamamilə ödəyəcəkdir. Odur ki, ondan şikayətçi deyil. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs həmçinin İXM-nin 332.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 332.1-ci maddə ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddələrə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-955/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-955/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver