Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-959/2023 15.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzbati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1988-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Zaqatala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(033)-296/2023 saylı icra vərəqəsinə əsasən 20 mart 2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat alimentin alınaraq X1 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli 2(033)-296/2023 saylı icra vərəqəsinə əsasən 20 mart 2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat alimentin alınaraq X1 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam şəkildə ödəməmişdir. Bu günə qədər borcundan hər ay ödəmə etməsinə baxmayaraq hər ay 150 manat ödəmə etdiyi üçün 350 manat borcu yaranmışdır. Dəfələrlə borcluya borcunu tam həcmdə bağlaması bildirilməsinə baxmayaraq borcu tamamilə ödəmir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, hər ay alimentini ödəyir. Son dövrlər qazancı az olduğu üçün alimetini tam ödəyə bilməmişdir. Hər ay 150 mant ödəmə etsə də yığılmış borcunu ödəyə bilməmişdir. Hazırda işləri düzəlmişdir. Yaxın müddət ərzində alimenti ilə yanaşı yığılmış borcunu da tamamilə ödəyəcəkdir. Borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs hər ay alimentini ödəyir. Lakin məhkəmə qətnaməsi ilə alimentin miqdarı 200 manat müəyən olunsa da Şəxs hər ay 150 manat ödəmə etmişdir. Hazırda borcu 350 manat təçkil edir. Alimentindən hər ay 150 manat ödəmə etməsi və tezliklə yığılmış borcunu da alimentlə birlikdə ödəmə etmək istəyi qətnamənin icrasından onun qərəzli boyun qaçırmadığının göstəricisidir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-959/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-959/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver