Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-959/2025 15.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Azaflı kəndində qeydiyyatda olan, Abşeron rayonu Saray qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 04 may 2023cü il tarixli, e-2(089)-51/2023 saylı icra vərəqəsinə əsasən 16755 manat pulun Şəxs alınaraq "xxxx"QSC-nin, 11 iyul 2023-cü il tarixli e-2(089)-186/2023 saylı icra vərəqəsinə əsasən 2882,88 manat pulun Şəxs alınaraq "xxxx"ASC-nin hesabına ödənilməsi barədə öhdələyini icra etməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(089)-51/2023 saylı icra vərəqəsinə əsasən 16755 manat pulun Şəxs alınaraq "xxxx"QSC-nin, 11 iyul 2023-cü il tarixli e-2(089)-186/2023 saylı icra vərəqəsinə əsasən 2882,88 manat pulun Şəxs alınaraq "xxxx"ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Hazırda Şəxs yenə də həmin öhdəliklərini icra etmir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində gösərdi ki, borcu barədə təzəcə xəbərdar edilmişdir. Onun borcu ödəməkdən yayınmaq fikri yoxdur. İcra işindən bu gün xəbərdar olmuşdur. Bundan öncə icra işi aliment borcu ilə bağlı olmuşdur. Həmin borcunu ödəmişdir. Məhkəmə qətnamələrindən xəbərdar olmuşdur. Banklara olan kredit borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Yaxın müddət ərzində borcundan ödəmələr edərək borcunu tam bağlayacaqdır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borcluya icra barədə xəbərdarlıq yazılsa da, həmin xəbərdarlıq barədə 15 dekabr 2025-ci il tarixdə borclunun izahatı alınmış, o həmin vaxt xəbərdar edilmişdir. Bu hal isə Şəxs qərarın icrasından qərəzli şəkildə boyun qaçırmadığını göstərir. Protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə eyni zamanda borclunun icra işindən xəbərdar edilməsi barədə heç bir rəsmi sənəd müəyyən etməmişdir. Borclunun Tovuz rayonu Azaflı kəndində qeydiyyatda olmasına baxmayaraq o faktiki şəkildə Abşeron rayonu Saray qəsəbəsində yaşamasını icra işindən xəbərsiz olması kimi qiymətləndirir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-959/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-959/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver