Məhkəmə qərarları › İş №3(062)-960/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-960/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-960/2025 26.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 2002-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, özünün deməsinə görə məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon prokuroru baş ədliyyə müşaviri X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlama haqqında qərar qəbul edilmiş və material baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Qərarda göstərilmişdir ki, fiziki şəxs Şəxs (FİN xxxxxxx) 23 noyabr 2025-ci il tarixdə Tovuz rayonu Aşağı Öysüzlü kəndində X1 evində əvvəlcədən münasibəti olduğu həmkəndliləri, eyni zamanda qohumluq münasibətlərində olduğu X2 və X4 ilə birlikdə pul qazancı müqabilində qumar oyununda iştirak etmiş, yəni kartla qumar oynamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan aparılan şəxs Şəxs məhkəmə iclasında inzbati xətanı etiraf edərək izahatında göstərmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləmir. O, qohumluq münasibətlərində olan X1 övladının kiçik toy məclisindən əvvəl xx.xx.2025-ci il tarixdə həmkəndliləri və qohumluq münasibətlərində olduğu Camaləddin Orucov və Tale Alıyevlə birlikdə məclisin keçirilməsi ilə əlaqədar işlərə kömək etmək məqsədi Fizuli Fərhadovun evində olarkən, həmin gün saat 00:00 radələrində orada Camaləddin Orucov və Tale Alıyevlə birlikdə pul qazancı əldə etmək məqsədilə kart oyunu, yəni qumar oynamağa başlamışlar. Həmin vaxtı ev sahibi Fizuli Fərhadov "Tik tok" sosial şəbəkəsində canlı yayım açaraq qumar oyunu efirə vermiş, daha sonra 3 nəfər polis əməkdaşı evə gələrək qumar oyununu aşkar etmiş, qumar oynadıqları kartları və masada olan qumar oyununda istifadə edilmiş bir manatlıq pul əskinaslarını, yəni cəmi 5 (beş) manat məbləğində pul vəsaitini götürmüşlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525–ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində X1 evində qumar oynamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati cərimə tənbeh növü seçilməli və 3000 (üç min) manat məbləğində cərimə edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasg İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və qazanılmış uduş müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar