Məhkəmə qərarları › İş №3(062)-962/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-962/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-962/2023 15.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-nin sahə rəisi polis baş leytenantı X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx xxxxxx 2003-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əlilliyi olmayan, əvvəllər inzibati xətaya məruz qalmamış, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs- Barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 noyabr 2023-cü il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən tam orta məktəbin ərazisində ictiami qaydanın qorunması ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində 15 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində göstərdi ki, 15 noyabr 2023-cü il tarixdə əvvəllər təhsil aldığı Tovuz rayonu Yuxarı Öysüzlü tam orta məktəbinə getmişdir. Dərs vaxtı orta məktəbin içərisinə daxil olmuşdur. Bu zaman polislər onu qanunun tələbinə tabe olaraq təlim tərbiyə işlərinə mane olmamağı tələb etsələr də o polisin qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində göstədi ki, 15 noyabr 2023-cü il tarixdə Tovuz RPŞ-nin İTB-nin sahə polis nəfəri Tural İsayevlə birlikdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində xidmət apararkən iki nəfərin məktəbin həyətəinə daxil olmasını görmüşlər. və məktəbin direktoru Zakir müəllim onlara məktəbin həyətinə daxil olan şəxsin təlim tərbiyə işlərinə maneçilik törtədiyini bildirmişdir. Həmin vaxt o və xidmət əməkdaşı sonradan tanıdıqları Şəxs yaxınlaşaraq özlərini təqdim edərək məktəbə daxil olaraq təlim tərbiyə işlərinə mane olduğunu bildirsələr də o tabesizlik göstərərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs və şahidi dinləyib iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 15 noyabr 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar