Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-963/2023 15.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1981-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Tovuz Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işləyən, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Gəncə Apelyasiya Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2 (104)-285/2023 saylı icra vərəqəsinə əsasən ondan 19500 manat məbləğində borc pul və 148,5 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiaya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2 (104)-285/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 19500 manat məbləğində borc pul və 148,5 manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Borclunun barəsində icra tədbirləri görülmüş, iş yeri müəyyən olunaraq borcun ödənilməsi üçün əmək haqqına yönəldilmişdir. Artıq iki ay tutularaq müvafiq qaydada tələbkarın bank rekviziti üzrə yönəldilmişdir. Lakin bundan başqa Şəxs borcundan heç bir ödəmə etmir. Odur ki, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Zərərçəkmiş şəxs borcu vardır. Bu barədə icra vərəqəsindən də xəbərdardır. Hər ay onun əmək haqqından əlli faiz tutulma olur. Artıq iki aydır əmək haqqından tutulma olmuşdur. Borcun verilməsindən yayınmaq fikri yoxdur. Həmçinin ona borcu olan şəxslə bağlı məhkəməyə müraciət etmişdir. Oradan pul alacağı təqdirdə tezliklə bağlayacaq. Bu halları nəzərə alaraq barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs əmək haqqından tutulma olunaraq onun bank hesabına ötürülməsindən indi xəbərdar olmuşdur. Lakin tutulma hər ay 220 manat olacaq ki, bu da çox azlıq təşkil edir. Pulunun hamısını tələb edir. Ona görə də Şəxs şikayətçidir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu borcun ödənilməsindən yayınmamış, əslində onun rəsmi iş yeri vardır. İlk növbədə icra məmuru tərəfindən həmin əmək haqqına yönəldilmə aparılmışdır. Hər ay onun əmək haqqından tutulma olunaraq Zərərçəkmiş şəxs bank rekviziti üzrə ödəmə aparılır. Bundan başqa Şəxs borcun ödənilməsi üçün ona başqa şəxslər tərəfindən olan borcu alaraq Zərərçəkmiş şəxs olan borcunu tezliklə qaytarmaq niyyətinin olması göstərir ki, o icra sənədinin icrasından yayınmamışdır və ona görə də onun əməlində iznabti xətanın tərkibi yaranmamışdır. Göründüyü kimi barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və qətnamənin icrasından qərəzli şəkildə yayınma halları öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz. Odur ki, onun barəsində inzibati xəta haqqında icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-963/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-963/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver