Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-963/2025 18.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 09 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 09 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsində natamam cümlə yazılmaqla ümumiyyətlə inzibati xətanın subyekti, mahiyyəti göstərilməmiş və bununla da inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydasına riayət edilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Bununla yanaşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında işə Nazirliyinin müvafiq şöbəsində baxılması barədə bildiriş göndərilsə də, həmin bildirişin hüquqi şəxsə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolun hüquqi şəxsə göndərilməsi ilə bağlı hüquqi şəxsə məlumat verilməsi barədə 09 dekabr 2025-ci il tarixli məktub iş materiallarına əlavə edilsə də həmin məktubun hüquqi şəxsə göndərilməsi barədə hər hansı bir sənəd və ya çatdırılması barədə xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Göstərilən bu hallar səlahiyyətli orqan tərəfindən sənədlərin məhkəməyə düzgün tərtib edilmədən və natamam təqdim edilməsinə dəlalət edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş 09 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş 09 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-963/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-963/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver