Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-964/2023 15.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 2002-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Tovuz rayonu Qovlar şəhəri R.Bədirov küçəsi ev 54-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən 300 manat pul ondan alınaraq X2 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən 300 manat pul Şəxs alınaraq X2 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Bu gün icra tədbiri olaraq Şəxs istifadəsində olan smart tipli qol saatını və mobil telefonunu götürmüşdür. Hazırda həmin əşyaların həqiqətən də ona məxsus olmasını dəqiqləşdirir. Bundan başqa həmin əşyaların orta bazar qiymətini dəqiqləşdirmək icra işi üçün zərurət daşıyır. Bu günə qədər Şəxs borcundan ödəmə etmədiyi üçün onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin qərarına əsasən ondan 300 manat pulun alınaraq Bayram Haxverdiyevə verilməsi qət olunmuşdur. Maddi imkanı olmadığı üçün borcundan ödəmə edə bilməmişdir. İstifadəsində olan smart tipli qol saatını və mobil telefonunu icra məmuru aktlaşdıraraq götürmüşdür. Mövcud olan borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə edilmiş icra işinin materillarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli icra vərəqəsi Tovuz Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icra məmuru tərəfindən borclunun əmlak vəziyyəti faktiki şəkildə 15 noyabr 2023-cü il tarixdə araşdırılmışdır. Həmçinin Şəxs istifadəsində olan əşyalar aktlaşdırılaraq məcburi icra tədbirlərinin həyatya keçirilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, borclu icra işinin icrası üçün bu gün Tovuz Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunarkən onun istifadəsində olan əşyalar götürülmüş lakin əşyanın sahibi müəyyən olunaraq qiymətləndirilmə aparılmamışdır. Bu hal isə onu göstərir ki, icra tədbirləri tam aparılmamış fiziki şəxsin barəsində protokol tərtib olunmuşdur. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-964/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-964/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver