Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-965/2023 15.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 2002-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Tovuz rayonu Qovlar şəhəri R.Bədirov küçəsi ev 54-də qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Tovuz Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 3(062)- 853/2022 saylı inzbati tənbeh vermə haqqında qərarın icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 3(062)-853/2022 saylı inzbati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər inzbati tənbeh tədbiri tətbiq olunmuşdur. Şəxs ictimai işlərin icrasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. İzahatı alınarkən eləcə də ondan öncə də onunla şifahi söhbət aparılarkən ictimai işlər tənbeh tədbirini icra edə bilməyəcəyini bildirmişdir. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, icra işindən xəbərdardır. Özünün xəstəliyi olduğuna və ayaq üstündə çox dayana bilmədiyi üçün ictimai işlər növündə inzibati tənbehi icra edə bilmir. Özünü ayaq üstündə çox dayananda pis hiss edir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsni xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş sənədlərlə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Şəxs səmimi peşman olmasını məhkəmə inzbati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 31, 40, 43, 48, 84, 112, 114-117 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 15 noyabr 2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-965/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-965/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver