Məhkəmə qərarları › İş №3(062)-97/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-97/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-97/2025 18.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İX tağım yol patrul xidməti inspektoru polis serjantı X1 və inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Tovuz rayon X8 X10 Yol Patrul Xidmətinin rəisi polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun barəsində İXP6864181 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərarın ləğv edilməsi və barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, qərar qanunsuzdur. Belə ki, inzibati xəta 29 yanvar 2025-ci ildə törədilmiş, protokol isə xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa polis əməkdaşı tibbi rəy almamışdır. Hansı ki, bunu tələb etmişdir. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, onu içkili olmasının müəyyən edilməsi üçün alkotestrdən istifadə edilməmişdir. Ona qarşı qərəzli davranılmış və avtomobili cərimə meydançasına aparılmışdır. Məhkəmə iclasında İX tağım yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və qərarı müdafiə edərək göstərdi ki, barəsində qərar qəbul edilmiş şəxs nəqliyyat vasitəsini idarə edərkən xarici işıq siqnallarından düzgün istifadə etmədiyindən saxlanılmış, şəxsin sərxoş olmasını güman etməyə kifayət qədər əsas olduğundan sərxoşluq vəziyyəti xüsusi texniki vasitənin köməyi ilə yoxlanılmış və sürücü X2 0,473 % alkoqollu olması müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İX tağım yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23:15-də “Toyota Land-Cruiser” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 Azərbaycan Respublikası İnzibatin Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tovuz rayon X8 X10 Yol Patrul Xidmətinin rəisi polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 333.1-ci maddəsi üzrə 400 manat məbləğdə inzibati cərimə edilmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, “Toyota Land-Cruiser” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saxlanca verilmiş, nəqliyyat vasitəsinin sürcüsü akta imza edərək avtomobilin saxlanca verilməsinə etiraz etməmişdir. İşdə olan 01968 saylı, xx.xx.2025-ci ili saat 23:15 tarixli qəbzdən görünür ki, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıyev alkotestr ilə alkoqol müayinəsi zamanı 0,473 % spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.2-ci bəndində göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.4-cü bəndində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. (İnzibati Xətalar Məcəlləsinin 96.2 və 96.5-ci maddələri). Məhkəmə tərəfindən iş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə qəbzə və digər sənədlərə sübut kimi qiymət verilərək müəyyən edilmişdir ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən şikayətçi barəsində protokol tərtib edilərkən və inzibati xəta haqqında qərar qəbul edilərkən qanun pozuntusuna yol verməmiş, şikayətçinin sərxoşluq müayinəsi qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 məxsus “Toyota Land-Cruiser” markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt sürücünün sərxoş olmasını güman etməyə kifayət qədər əsas olduğundan sərxoşluq vəziyyəti xüsusi texniki vasitənin köməyi ilə yoxlanılmış və sürücü X2 0,473 % alkoqollu olması müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar əsasında X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib 400 manat məbləğdə inzibati cərimə edilmişdir. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. (İXM-nin 101.1 və 101.2-ci maddələri). Məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. İnzibati xəta haqqında protokol həmin gün tərtib edilmiş, lakin ərizəçinin göstərdiyi kimi iki gün sonra tərtib edilmiş olsa belə qanun pozuntusu hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır (İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində təsbit edilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə diqqətə çatdırır ki, inzibati xəta haqqında işə baxmaq hüququ olan vəzifəli şəxs X2 törətdiyi inzibati xətanı nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh olmasına baxmayaraq, bu tənbeh növünün müzakirəsi və tətbiqi üçün protokolu məhkəməyə göndərməmiş, özü həmin maddənin sanksiyasına uyğun olaraq ən yüngül inzibati tənbeh olan inzibati cərimə tətbiq etməklə həm əməlin tövsifi hissəsində düzgün qərar qəbul etmiş, həm də inzibati xətanın xarakterinə və təhlükəlilk dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun ədalətli inzibati tənbeh növü tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməməli və Tovuz rayon X8 X10 Yol Patrul Xidmətinin rəisi polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz rayon X8 X10 Yol Patrul Xidmətinin rəisi polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar