Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-981/2024 19.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 noyabr 2024-cü il tarixli EQ 24555222 saylı qərardan şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 noyabr 2024-cü il tarixli EQ 24555222 saylı qərar əsasında 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 noyabr 2024-cü il tarixli EQ 24555222 saylı inzibati xəta haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə şikayət verən X3, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. X1 əvvəlki məhkəmə iclasında verdyi ifadəsində göstərmişdir ki, barəsində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və ya yüklə birlikdə oxa düşən parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzbati tənbeh vermə haqqında barəsində qərar qəbul edilmişdir. Lakin o qeyd edilən inzibati xətanı törətməmişdir. İdarə etdiyi DAF 105 XF460 yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 07 noyabr 2024-cü il tarixdə Xızı rayonu Giləzi kəndi Bakı istiqamətində guya normadan artıq yüklə hərəkət etdiyi göstərilmişdir. Həmin vaxt normadan artıq heç bir yükü olmamışdır. Yükün çəkisinə dair çekləri mövcuddur. Tərəzi çekindən də görünür ki, çəki 40040 kiloqram olmuşdur. Barəsində tərtib olunmuş EQ 24555222 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız qəbul edilmişdir. Ona görə də həmin qərar ləğv edilməli, işə xitam verilməlidir. Məhkəmə hesab edir ki, X2 07 noyabr 2024-cü il tarixli EQ 24555222 saylı qərarın ləğv olunması barədə şikayəti əsassızdır. Belə ki, Asim Xalıqverdiyev idarə etdiyi DAF1** XF *** yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 noyabr 2024-cü il tarixdə yük daşıyarkən norma ilə nəzərdə tutulmuş çəkidən artıq çəkidə yük apardığı üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009cu il tarixli 104 saylı qərarı ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi haqqında Qaydaları”na əsasən tənzimlənir. Bundan başqa çəkinin hansı həddə olması xüsusi ölçmə vasitələri ilə dövlət tərəfindən müəyyən edilmiş standartlarla tənzimlənir. Asim Xalıqverdiyev tərəfindən təqdim edilən tərəzi qəbzinin isə 5 saylı MMC tərəfindən verildiyi göstərilir. Qəbzin üzərində onun hansı standarta əsasən ölçülməsi və ya ölçünün təsdiq edilməsi barədə hər hansı məsul şəxsin imzası və möhürü mövcud deyildir. Bundan başqa hər hansı tərəzi qəbzinin təqdim edilməsi çəkinin standartlara əsasən ölçülməsinin təsdiqi deyildir. Bu hal isə onu göstərir ki, Asim Xalıqerdiyevin inzibati məsuliyyətdən azad olunması üçün əsaslar yoxdur. Məhkəmə iş materillarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 noyabr 2024-cü il tarixli EQ 24555222 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır və şikayətin təmin olunması üçün əsaslar mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 07 noyabr 2024-cü il tarixli EQ 24555222 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün muddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-981/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-981/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver