Məhkəmə qərarları › İş №3(062)-986/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-986/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-986/2024 04.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs nümayəndəsi X3 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Sürücü Şəxs 07 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində idarə etdiyi “KİA Carnival minik” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Tovuz rayonu Əyyublu kəndi ərazisində hərəkətdə olarkən avtomobil ilə manevr qaydalarını düzgün qaydada etmədiyinə görə hərəkətdə olan qarşıdan gələn VAZ 2106 minik markalı **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə həmin avtombildə sərnişin kimi əyləşmiş X1 yüngül zərər vurulmasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Şəxs nümayəndəsi X5 məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, 07 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində idarə etdiyi “KİA Carnival minik” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman idarə edilən həmin avtomobilin qabaq sol tərəfi ilə qarşıdan gələn VAZ 2106 minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkər hissəsi toqquşmuşdur. Nəticədə həmin avtomobildə sərnişin kimi əyləşən X2 qoluna xəsarət dəydiyi məlum olmuşdur. Törətdiyi hadisədən peşmandır. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun nümayəndəsinin etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış rədd materialı ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs həmçinin İXM-nin 327.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 327.1-ci maddəsi ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddəyə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar