Məhkəmə qərarları › İş №3(062)-991/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-991/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-991/2024 22.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə Tovuz RPŞ-si DYPB-nin YNH üzrə inspektoru, polis baş leytenantı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.1 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz Rayon Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Tovuz Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.1 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, Şəxs 20 noyabr 2024-cü il tarixdə saat təxminən 21 radələrində sərxoş vəziyyətdə “VAZ 21074” minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz rayonu Xatınlı kəndində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmış və nəticədə öz yolu ilə gələn X1 idarə etdiyi “BMW-328” minik markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. Bununla da Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.1 və 333.3-cü maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək, izahatında protokolda qeyd edilən əməlləri törətdiyini, və hazırda əməlindən peşman olduğunu, bir daha eyni hərəkətlərə yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına 720 manat maddi ziyan dərmişdir. Hazırda Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Odur ki, Şəxs qanuni inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və zərərçəkmiş şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması tam sübuta yetirilir. Qeyd olunan tarixdə Şəxs həmçinin polisin qanuni tələblərinə tabe olmamış və xırda xuliqanlıq etmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib olunmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi Şəxs qeyd olunan inzibati xətaları eyni tarixdə törətmiş və həmin işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işə baxılarkən Şəxs barəsində olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı nəzərə alınmalıdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 20:30-da inzibati qaydada tutulmuşdur. “AZEMİS” elektron məhkəmə informasiya sisteminə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs oğlunun himayəsində xx.xx.2013-cü il tarixdə anadan olmuş Röyal və xx.xx.2015-ci ildə anadan olmuş Ömər adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1 və 333.3-cü maddələri ilə yanaşı, həmçinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz Rayon Polis X6 Polisi Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə verilmiş inzibati tənbehə bərabər götürülməklə nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 20 noyabr 2024-cü il tarixdən, saat 20:30dan hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Tovuz Rayon Polis X6 Polisi Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar