Məhkəmə qərarları › İş №3(062)-991/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-991/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-991/2025 23.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 32500 (otuz iki min beş yüz) manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 187,50 (yüz səksən yeddi manat əlli qəpik) manat pulun alınıb Zərərçəkmiş şəxs verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 32500 (otuz iki min beş yüz) manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 187,50 (yüz səksən yeddi manat əlli qəpik) manat pulun alınıb Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Borclu borcundan heç bir ödəmə etməmişdir.Ona görə də onun barəsində inzibati prtokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin qərarına əsasən ondan 32500 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Borcundan ödəmə edə bilməmişdir. Tələbkar ilə razılaşmasına əsasən ondan 4 illik möhlət almışdır. Keçən müddət ərzində işsiz olduğuna və ailəsinin dolanmasının çətinliyinə görə borcu ödəyə bilməmişdir. Kredit borcu gələn ay ərzində bağlandığına görə kredit götürərək tələbkara olan borcundan 15000 (on beş min) manat ödəmə edəcəkdir. Bu barədə tələbkarla aralarında şifahi razılaşma olmuşdur. Borcundan ödəmə etməmək kimi fikri yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Şəxs borcundan ödəmə etməkdən əvvəllər yayınmışdır. O borcun ödənilməsini istəyir. Borclu onunla şifahi razılaşmasına əsasən 15000 manat ona 2026-cı ilin yanvar ayında ödəmə etmək niyyətindədir. Odur ki, Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu borcundan ödəmə etmək niyyətindədir. İndiyədək maddi imkanı zəif olduğundan ödəmə edə bilməmişdir. Tələbkar ilə aralarında şifahi şəkildə razılaşma olmuşdur. Bundan başqa 2026cı ilin yanvar ayında borclu Şəxs borcunun əhəmiyyətli dərcədə yəni 15000 manat ödəmə etmək niyyətindədir. Tezliklə əhəmiyyətli dərcədə ödəmə etmək istəyi və yerdə qalan məbləğin hər ay olmaqla mütəmadi olaraq ödəmələr etmək istəyi Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmadığını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar