Məhkəmə qərarları › İş №3(063)-10/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-10/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-10/2024 15.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 590.2-ci maddəsi ilə Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, Şəxs 01 mart 2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı başqa şəxsə vermişdir. Qeyd edilənlərlə bağlı Ucar RPŞ tərəfindən 29 dekabr 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs X5 qeyd etdi ki, 07 noyabr 2023-cü il tarixdə polis əməkdaşları rayon ərazisində olan silahların saxlanma vəziyyəti və şəraiti ilə tanış olma və yoxlama tədbirləri həyata keçirərkən Ucar rayonu, Qaradağlı kənd sakini X4 yaşadığı evdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı İJ markalı təklülə, 12 çaplı, lülə nömrəsi E19362 olan yivsiz ov silahı aşkar olunaraq götürülmüş və şöbənin növbətçi hissəsində yerləşən maddi sübutlar seyfinə yerləşdirilmişdir. Faktla bağlı Ucar RPŞ-nin təhqiqatçısı Anar Seyidov tərəfindən müvafiq təhqiqat hərəkətləri aparılmış və sonuncunun 17 noyabr 2023-cü il tarixli qərarı cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsilə tədbirlərin görülməsi məqsədilə material RPŞ-nin İTB-yə göndərilmişdir. Tərəfindən aidiyyəti üzrə inzibati araşdırma aparılmış, Şəxs barəsində 29 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin 30 yanvar 2024-cü il tarixli iclasında izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında bildirmişdir ki, 2021-ci ilin mart ayında ov tüfəngi olmadığı üçün silah almaq üçün maraqlanmış və həməkəndlisi Əbülfətadlı şəxsin ov tüfəngi satdığını eşitmişdir. Bununla əlaqədar Əbülfət ilə əlaqə saxlayaraq silahı baxmaq məsədilə sonucudan götürmüşdür. Sözügedən silahı yaşadığı evə apararaq yoxlamış və silahı bəyənmədiyindən Əbülfətə zəng edərək silahı qaytaracağını bildirmişdir. Bundan sonra, həmkəndlisi Teymur ona zəng edərək onda olan silahı almaq istədiyini bildirdikdə o, Teymura ona məxsus mağazanın qarşısına gəlməsini demişdir. Beləliklə, o, Teymurla qeyd edilən mağazanın qarşısında görüşərək İJ markalı təklülə, 12 çaplı, lülə nömrəsi E19362 olan yivsiz ov tüfəngini Teymura göstərmiş və ona silahın özüƏbülfət tərəfindən 250 manata satıldığını bildirmişdir. Teymur silahı yoxlayaraq silahı almaq istədiyini bildirmiş və silahın qiyməti olaraq razılaşdıqları məbləği, yəni 250 manat pulu ona vermişdir. O, bundan sonra silahın satışından əldə etdiyi vəsaiti Əbülfətə vermiş və bundan bir müddət sonra, sonuncu vəfat etmişdir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 17 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ucar RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, Şəxs götürülmüş İJ markalı təklülə, 12 çaplı, lülə nömrəsi E19362 olan yivsiz ov silahı müvafiq qaydada saxlanması üçün Ucar RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Çünki, 17 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməklə, X4 barəsində İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ucar RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin, bu qərardan görünür ki, X3 götürülmüş İJ markalı təklülə, 12 çaplı, lülə nömrəsi E19362 olan yivsiz ov silahı müvafiq qaydada saxlanması üçün Ucar RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İşdə olan Ucar RPŞ-nin təhqiqatçısı Anar Seyidov tərəfindən tərtib edilmiş 07 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolun surətindən görünür ki, X1 İJ markalı təklülə, 12 çaplı, lülə nömrəsi E19362 olan yivsiz ov silahına hal şahidlərinin iştirakları baxış keçirilmişdir. İşdə olan X1 İJ markalı təklülə, 12 çaplı, lülə nömrəsi E19362 olan yivsiz ov silahının fotoşəkillərinin surətlərindən görünür ki, silah vizual olaraq tək lülə olaraq qeyd edilmişdir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 38-ci maddəsinin İİİ və V hissələrinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İşin faktiki hallarından da göründüyü kimi idarəçilik qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə araşdırma 07 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu mənada qeyd olunmalıdır ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün 3 aylıq müddət ötürülməmiş, inzibati xəta haqqında protokol həmin müddət daxilində tərtib edilməklə, məhkəməyə təqdim edilmişdir. Həmçinin, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını, nəzərə alaraq, Şəxs İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni İJ markalı təklülə, 12 çaplı, lülə nömrəsi E19362 olan yivsiz ov silahı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 90 (doxsan) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Ucar Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 3(063)-8/2024 saylı qərarı ilə “İJ” markalı təklülə, 12 çaplı, lülə nömrəsi E19362 olan yivsiz ov silahının X3 müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar