Məhkəmə qərarları › İş №3(063)-101/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-101/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-101/2025 10.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1963-cü il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida X1 X3 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Qida X1 X3 daxil olmuş 05 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, 06 fevral 2025-ci il tarixdə, saat 17:26-da ünvan 1 ünvanında yerləşən gübrə satış mağazasında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən icra hakimiyyəti orqanının əməkdaşlarına vəzifəli şəxs Şəxs tərəfindən yoxlamanın aparılmasına şərait yaradılmamışdır. Ucar Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 3(063)-101/2025 nömrəli qərarı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikasının Qida X1 X5 rəisi Gündüz Qənbərov apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, 3(107)-149/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 3(063)-101/2025 nömrəli qərarı ləğv edilmiş, inzibati material yenidən araşdırılması məqsədilə Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin (Ucar Rayon Məhkəməsinin) qərarının kifayət qədər araşdırma aparılmamaqla qəbul edilməsini qeyd edilmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs Şəxs məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən gübrə mağazasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış 23 yanvar 2025-ci il tarixli, KY252272081 nömrəli çıxarışa əsasən 04 fevral 2025-ci il tarixdən 06 fevral 2025-ci il tarixədək plandankənar yoxlamanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. 05 fevral 2025-ci il tarixdə Şəxs məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən gübrə mağazasına yoxlama aparılması üçün istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən icra hakimiyyəti orqanının vəzifəli şəxsləri yaxınlaşdıqda sözügedən gübrə mağazasının aktiv fəaliyyət göstərməsi, yəni real satış olmasa da anbar kimi istifadə olunması müşahidə olunmuşdur. Plandankənar yoxlama olduğu üçün tərəflərindən Şəxs əvvəlcədən məlumatlandırılmamış, lakin sonuncunun oğlunun iştirakı ilə mobil telefonuna zəng olunaraq məlumat verilmişdir. Şəxs yoxlamanın onun iştirakı ilə keçirilməsi üçün çağırışa gəlməmiş və yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. 05 fevral 2025-ci il tarixdə Şəxs iştirakı olmadan mağazaya baxış keçirilmiş, bu hal video və fotoşəkillərlə qeydə alınmışdır. 06 fevral 2025-ci il tarixdə Şəxs məxsus ünvan 1 ünvanında fəaliyyət göstərən gübrə mağazasına yenidən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən icra hakimiyyəti orqanının vəzifəli şəxsləri yaxınlaşmışlar və Şəxsla yenidən telefon əlaqəsi yaratsalar da sonuncu yaxın qohumunun yas mərasimində olduğu üçün iştirak edə bilmədiyini bildirmişdir. Şəxs iştirakı ilə mağazaya baxış keçirilməsi mümkün olmamış və sonuncu tərəfindən yenidən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Şəxs sahibkar fəaliyyəti ilə məşğul olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən onlara məlum olmuşdur, lakin tərəflərindən Şəxs aktiv vergi ödəyicisi olub-olmaması və yaxud da fəaliyyətini dayandırıb-dayandırmaması araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, əvvəl qeyd etdiyi kimi, o, həmin obyektin aktiv sahibkarı deyil, yəni onun sahibkarlıq fəaliyyəti 2024-cü ildən etibarən dayandırılmışdır. Hazırda o, həmin mağazanın satış təmsilçisi vəzifəsində çalışır. 06 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Qida X1 X5 əməkdaşları tərəfindən onun satıcı işlədiyi gübrə mağazasına yoxlama keçirmək məqsədilə gəlmişlər, həmin gün yaxın qohumu öldüyündən yoxlamada iştirak etməmişdir. Lakin Azərbaycan Respublikasının Qida X1 X5 əməkdaşları tərəfindən mağazaya baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Hesab edir ki, o, Azərbaycan Respublikasının Qida X1 X5 əməkdaşları tərəfindən həyata keçirilən yoxlamaya şərait yaratmaq üçün məsul şəxs deyil, ona görə də inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X1 X5 plandankənar yoxlamanın keçirilməsi haqqında 23 yanvar 2025-ci il tarixli, MARB-YPK- 011 saylı Qərarından və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən gübrə satışı mağazasında KİV-də yayılmış müraciət (məlumat) əsasında 04 və 06 fevral 2025-ci il tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X1 X6 sektor müdiri Nümayəndə2 və AQTA-nın MARB-nın baş məsləhətçisi X4 tərəfindən tərtib edilmiş 05 və 06 fevral 2025-ci il tarixli aktlardan görünür ki, Şəxs plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün zəruri şərait yaratmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli, 3-21-2-15/2-31449/2025 nömrəli məktubdan görünür ki, Şəxs 16 iyun 2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və rəsmi müraciəti əsasında fəaliyyəti 09 fevral 2024-cü il tarixdən 10 fevral 2054-cü il tarixədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülən məlumata əsasən Şəxs vergi orqanlarında uçota alınmışdır və hazırda fəaliyyəti dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin 22 may 2025-ci il tarixli, 3(107)-149/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Qida X1 X5 rəisi Gündüz Qənbərov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 3(063)-101/2025 nömrəli qərarı ləğv edilmiş, inzibati material yenidən baxılması məqsədilə Ucar Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb olmuş əsaslar araşdırılmış və yuxarı instansiya məhkəməsinin işin yenidən araşdırılması üçün qoyduğu tələblər yerinə yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin İ hissəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-nin 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni 06 fevral 2025-ci il tarixdən 4 (dörd) aydan artıq müddət keçdiyindən, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar