Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-104/2024 16.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1987-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar şəhəri, Vidadi küçəsi, ev 43-də qeydiyyatda olan və Ucar şəhəri, Nəsimi küçəsi, ev 96-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Göyçay Rayon Məhkəməsinin 2(046)-422/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli icra sənədinə əsasən 08 dekabr 2022-ci il tarixdən etibarən 14 noyabr 2007-ci il tarixdə anadan olmuş X5, 18 sentyabr 2009-cu il tarixdə anadan olmuş X6 və 06 may 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 160 manat, cəmi 480 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə verilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 16 aprel 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN1482229 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Göyçay Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən ondan üç uşağının saxlanması üçün tələbkar Günel Cavadovanın xeyrinə hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat alimentin tutulması qət edilmişdir. Daimi iş yeri və qazancı olmadığından alimenti birdəfəlik ödəyə bilməmişdir, alimenti ödəməkdən imtina etmir, hissə-hissə olmaqla ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-422/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli icra sənədinə əsasən borclu ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs 08 dekabr 2022-ci il tarixdən başlayaraq 14 noyabr 2007-ci il tarixdə anadan olmuş X3, 18 sentyabr 2009-cu il tarixdə anadan olmuş X4 və 06 may 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi 01 sentyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu 21 sentyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə gələrək izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu izahatında maddi imkanın və daimi iş yerinin olmamasını bildirərək tələbi icra etməsi üçün vaxt istəmiş, daşıdığı məsuliyyət ona elan edilmişdir. Lakin onun tərəfindən icra sənədi üzrə tələb təmin edilməyərək aliment borcunun ödənişi təmin edilməmişdir. Borclu müəyyən müddət keçməsinə baxmayaraq ödənişlər etməmiş və borcluya 26 yanvar 2024-cü il tarixdə “sms” bildiriş göndərilməsinə baxmayaraq icra şöbəsinə gəlməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı üçün 29 yanvar 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmiş və Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu 16 aprel 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, borclunun izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilməyərək aliment borcunun ödənişi təmin edilməmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-422/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 05 aprel 2024-cü il tarixdə 200 manat ödəniş etmiş və 16 aprel 2024-cü il tarixə qədər aliment borcu 7480 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. İcra sənədi üzrə tələbkar X7 məhkəməyə ərizə göndərib yaranmış aliment borcunun tam ödənilməsini, ödənilmədiyi halda barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbsetmənin əvvəli 16 aprel 2024-cü il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-104/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-104/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver