Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-115/2025 17.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Ucar rayonu, Müsüslü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar şəhəri, Oğuz küçəsi, Pambıq zavodu yaşayış evində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkən qəsəbəsi, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(063)-702/2022 saylı, 15 iyul 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 229 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. Ucar Rayon Notariat Kontorunun 8i-2320 saylı, 23 may 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 25 manat və 5756.53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ucar Rayon Notariat Kontorunun 8i-2825 saylı, 19 iyun 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 11283.61 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)-736/2023 saylı, 15 avqust 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 683 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-681/2024 saylı, 02 iyul 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 15135 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İcra sənədləri 27 yanvar 2025-ci il tarixdə icraatda birləşdirilmişdir. İcra sənədləri müvafiq olaraq 26 avqust 2022-ci il, 24 may 2023-cü il, 20 sentyabr 2023-cü il, 20 oktyabr 2023-cü il və 27 yanvar 2025-ci il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya yönəldilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Ucar Rayon Məhkəməsinin 8(063)-49/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərardadına əsasən icra sənədlərinin icrasını təmin etmək məqsədilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borcluya icra məmuru tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsə də çağırışlardan yayınmış, fərqli tarixlərdə bir neçə dəfə sms bildiriş göndərilsə də, borclu Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu bir neçə dəfə Ucar rayon icra və probasiya şöbəsində olmasına baxmayaraq icra sənədlərini icrası təmin edilməyərək heç bir nəticə olmamışdır. İcra məmurunun çağrışlarından yayındığı üçün barəsinə 26 fevral 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 17 mart 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs oğlundan Ucar rayon icra və probasiya şöbəsində izahatları alınaraq icra sənədlərinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədləri üzrə 33112.14 manat borc ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(063)-702/2022 saylı, 15 iyul 2022-ci il tarixli, Ucar Rayon Notariat Kontorunun 8i-2320 saylı, 23 may 2023-cü il tarixli, Ucar Rayon Notariat Kontorunun 8i-2825 saylı, 19 iyun 2023-cü il tarixli, Ucar Rayon Məhkəməsinin 2(063)- 736/2023 saylı, 15 avqust 2023-cü il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 681/2024 saylı, 02 iyul 2024-cü il tarixli icra sənədləri borclu Ucar şəhəri, Oğuz küçəsi, Pambıq zavod yaşayış evində qeydiyyatda olan Şəxs oğlunun hər 5 (beş) icra sənədi üzrə 33112.14 manat təşkil edir. Hazırda tələbkarlar icra sənədinin tam icra edilməsini tələb edirlər. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(063)-702/2022 saylı, 15 iyul 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 229 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. Ucar Rayon Notariat Kontorunun 8i-2320 saylı, 23 may 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 25 manat və 5756.53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ucar Rayon Notariat Kontorunun 8i-2825 saylı, 19 iyun 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 11283.61 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)-736/2023 saylı, 15 avqust 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 683 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-681/2024 saylı, 02 iyul 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 15135 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İcra sənədləri 27 yanvar 2025-ci il tarixdə icraatda birləşdirilmişdir. İcra sənədləri müvafiq olaraq 26 avqust 2022-ci il, 24 may 2023-cü il, 20 sentyabr 2023-cü il, 20 oktyabr 2023-cü il və 27 yanvar 2025-ci il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya yönəldilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Ucar Rayon Məhkəməsinin 8(063)-49/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərardadına əsasən icra sənədlərinin icrasını təmin etmək məqsədilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borcluya icra məmuru tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsə də çağırışlardan yayınmış, fərqli tarixlərdə bir neçə dəfə sms bildiriş göndərilsə də, borclu Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu bir neçə dəfə Ucar rayon icra və probasiya şöbəsində olmasına baxmayaraq icra sənədlərini icrası təmin edilməyərək heç bir nəticə olmamışdır. İcra məmurunun çağrışlarından yayındığı üçün barəsinə 26 fevral 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 17 mart 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs oğlundan Ucar rayon icra və probasiya şöbəsində izahatları alınaraq icra sənədlərinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədləri üzrə 33112.14 manat borc ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(063)-702/2022 saylı, 15 iyul 2022-ci il tarixli, Ucar Rayon Notariat Kontorunun 8i-2320 saylı, 23 may 2023-cü il tarixli, Ucar Rayon Notariat Kontorunun 8i-2825 saylı, 19 iyun 2023-cü il tarixli, Ucar Rayon Məhkəməsinin 2(063)- 736/2023 saylı, 15 avqust 2023-cü il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 681/2024 saylı, 02 iyul 2024-cü il tarixli icra sənədləri borclu Ucar şəhəri, Oğuz küçəsi, Pambıq zavod yaşayış evində qeydiyyatda olan Şəxs oğlunun hər 5 (beş) icra sənədi üzrə 33112.14 manat təşkil edir. Hazırda tələbkarlar icra sənədinin tam icra edilməsini tələb edirlər. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, maddi imkanı olmadığından hazırkı vaxtadək ödənişlər edə bilməmişdir. Lakin ABC Telecom MMC-yə olan borcundan müəyyən ödənişlər etsə də, buna dair hər hansı sübut təqdim edə bilmir. Qalan borcları isə indən sonra hissə-hissə ödəyə bilər. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizələr ünvanlayaraq yaranmış borcu tam tələb etdiklərini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsinin, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 iştirakları olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(063)-702/2022 saylı, 15 iyul 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 229 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. Ucar Rayon Notariat Kontorunun 8i-2320 saylı, 23 may 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 25 manat və 5756.53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ucar Rayon Notariat Kontorunun 8i-2825 saylı, 19 iyun 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 11283.61 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ucar Rayon Məhkəməsinin 2(063)-736/2023 saylı, 15 avqust 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 683 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-681/2024 saylı, 02 iyul 2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Sirac oğlundan 15135 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İcra sənədləri 27 yanvar 2025-ci il tarixdə icraatda birləşdirilmişdir. İcra sənədləri müvafiq olaraq 26 avqust 2022-ci il, 24 may 2023cü il, 20 sentyabr 2023-cü il, 20 oktyabr 2023-cü il və 27 yanvar 2025-ci il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya yönəldilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Ucar Rayon Məhkəməsinin 8(063)-49/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərardadına əsasən icra sənədlərinin icrasını təmin etmək məqsədilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borcluya icra məmuru tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsə də çağırışlardan yayınmış, fərqli tarixlərdə bir neçə dəfə sms bildiriş göndərilsə də, borclu Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu bir neçə dəfə Ucar rayon icra və probasiya şöbəsində olmasına baxmayaraq icra sənədlərini icrası təmin edilməyərək heç bir nəticə olmamışdır. İcra məmurunun çağrışlarından yayındığı üçün barəsinə 26 fevral 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 17 mart 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs oğlundan Ucar rayon icra və probasiya şöbəsində izahatları alınaraq icra sənədlərinin icrası ondan tələb edilmiş, borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədləri üzrə 33112.14 manat borc ondan tələb olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(063)-702/2022 saylı, 15 iyul 2022-ci il tarixli, Ucar Rayon Notariat Kontorunun 8i-2320 saylı, 23 may 2023-cü il tarixli, Ucar Rayon Notariat Kontorunun 8i-2825 saylı, 19 iyun 2023-cü il tarixli, Ucar Rayon Məhkəməsinin 2(063)-736/2023 saylı, 15 avqust 2023-cü il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-681/2024 saylı, 02 iyul 2024-cü il tarixli icra sənədləri borclu Ucar şəhəri, Oğuz küçəsi, Pambıq zavod yaşayış evində qeydiyyatda olan Şəxs oğlunun hər 5 (beş) icra sənədi üzrə 33112.14 manat təşkil edir. Hazırda tələbkarlar icra sənədinin tam icra edilməsini tələb edirlər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşdə olan zərərçəkmiş şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladıqları müraciətlərindən görünür ki, sonuncular yaranmış borcun tam ödənilməsini tələb edirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini, yaşını və maddi vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra hərəkətləri ilə bağlı uzun müddət laqeydlik nümayiş etdirməsini və icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 18 (on səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 17 mart 2025-ci il tarixdən saat 15:45-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-115/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-115/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver