Məhkəmə qərarları › İş №3(063)-14/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-14/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-14/2024 22.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Ucar rayonunun Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar rayonunun Qaradağlı kəndində qeydiyyatda olmaqla, yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im : X9 20 yanvar 2024-cü il tarixdə, saat 00:00 radələrində Ucar rayonu, Qaradağlı kəndində kafedə dava etmiş, hadisə ilə bağlı ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Bu barədə Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən 22 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, X9 20 yanvar 2024-cü il tarixdə, saat 00:00 radələrində Ucar rayonu, Qaradağlı kəndində kafedə dava etmiş, hadisə ilə bağlı ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Bununla da, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 özünü İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 20 yanvar 2024-cü il tarixdə dostu Tofiq Həmidov ilə onun yaşadığı evdə şam yeməyi yemişlər (bir qədər spirtli içki də qəbul etmişlər), daha sonra, həmin gün təxminən 22:00 radələrində Tofiqlə birlikdə siqaret almaq məqsədilə mağazaya getmişlər, mağazaya çatdıqda Tofiq hadisədən bir neçə gün öncə həmin kənddə yerləşən kafedə digər dostları ilə yeyib içmək məqsədilə evindən apardığı qazanı götürmək üçün kafeyə getmiş, o isə mağazaya daxil olmuşdur. Bir müddətdən sonra, Tofiqin kafedən çıxmadığını gördükdə kafeyə getmiş və orada Tofiqin Yasin tərəfindən döyüldüyünü görmüşdür. Daha sonra, o, Tofiqi götürərək çölə çıxmış və çöldə Tofiq yenidən Pərvizlə dava etməyə başlamışdır. Tofiq dava edərkən ünvansız nalayiq ifadələr işlətsə də, o, heç bir nalayiq ifadələr işlətməmiş, əksinə baş vermiş münaqişəni sakitləşdirmək istəmişdir. Bundan sonra, hadisə yerinə gələn polis əməkdaşları onu və Tofiqi Ucar RPŞ-yə gətirmişlər (o, polisin qanuni tələblərinə tabe olmuşdur). RPŞ-də olarkən təhqiqatçı Anar adlı şəxs tərəfindən döyülmüş və nəticədə sifət nahiyəsindən vizual müşahidə edilə bilən xəsarətlər almışdır. Protokolllarda qeyd edilən normaların tərkibini yaradacaq hər hansı hərəkətə yol verməmiş, eyni zamanda, nə hadisə vaxtı, nə də ki, RPŞ-də olarkən ictimai qaydanın pozulması ilə nəticələnən və polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamaqla bağlı olan hərəkət və hərəkətsizlik etməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, 20 yanvar 2024-cü il tarixdə, saat 00:00 radələrində polis nəfəri Niyaməddin Məmmədovla birlikdə özünün idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Ucar rayonu, Qaradağlı kəndində xidmətdə olarkən həmin kənddə yerləşən kafedən çöldə baş vermiş dava dalaşın şahidi olmuşlar. Həmin məkana yaxınlaşdıqda sonradan tanıdıqları Tofiq və Kamilin digər üç nəfər şəxslərlə əlbəyaxa dava etdiklərini görmüşlər. Belə olan halda, onlar həmin şəxsləri nizam intizama dəvət etsələr də, Tofiq bu cür qanunsuz hərəkətlərinə davam etmiş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra, məlum hadisənin araşdırılması məqsədi ilə Tofiqi RPŞ-yə dəvət etsələr də, sonuncu ilk öncə buna etiraz etmiş, daha sonra tabe olmuş və tərəflərindən növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin İTB-nin polis nəfəri X1 izahatında göstərdi ki, 20 yanvar 2024-cü il tarixdə, saat 00:00 radələrində sahə rəisi X3 birlikdə sonuncunun idarə etdiyi “Vaz 2107” markalı avtomobillə Ucar rayonu, Qaradağlı kəndində xidmətdə olarkən həmin kənddə yerləşən kafedən çöldə baş vermiş dava dalaşın şahidi olmuşlar. Həmin məkana yaxınlaşdıqda sonradan tanıdıqları Tofiq və Kamilin digər üç nəfər şəxslərlə əlbəyaxa dava etdiklərini görmüşlər. Belə olan halda, onlar həmin şəxsləri nizam intizama dəvət etsələr də, Tofiq bu cür qanunsuz hərəkətlərinə davam etmiş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra, məlum hadisənin araşdırılması məqsədi ilə Tofiqi RPŞ-yə dəvət etsələr də, sonuncu ilk öncə buna etiraz etmiş, daha sonra tabe olmuş və tərəflərindən növbətçi hissəyə təhvil verilmişdir. İşdə olan sənədlərdən, o cümlədən raportlardan görünür ki, X9 20 yanvar 2024-cü il tarixdə, saat 00:00 radələrində Ucar rayonu, Qaradağlı kəndində kafedə dava etmiş, hadisə ilə bağlı ora getmiş ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, onların izahatının alınması üçün şöbəyə getməklə bağlı təklifindən imtina edərək yayınmış, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında 21 yanvar 2024-cü il tarixli, AZA 021599 saylı protokoldan görünür ki, X9 21 yanvar 2024-cü il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 21 yanvar 2024-cü il tarixli, AZA 008704 saylı protokoldan görünür ki, X5 üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan, yəni 04 sentyabr 2010-cu il təvəllüdlü Səid Əhmədli və 12 dekabr 2011-ci il təvəllüdlü İsmayıl Əhmədli adlı uşaqları vardır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, X5 İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, X9 İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, X7 istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 təqsirini etiraf etməməsi halına tənqidi yanaşılmalı və bu hal sonuncunun məsuliyyətdən yayınma məqsədi güddüyü kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması onun əməlində məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, işin faktiki hallarının hüquqi müstəvidə araşdırılması zamanı X5 əməlində ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məsuliyyəti yüngülləşirən halların olmasını, ağırlaşdıran halların olmamasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, ucadan nalayiq ifadələr işlətməsini, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, X9 21 yanvar 2024-cü il tarixdə, saat 00:30-dan faktiki saxlanılmaqla, tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Kamil Əliyev barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110- 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, ona 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. X9 barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar