Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-143/2024 06.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 09 saylı Ərazi Vergilər İdarəsinin vergi müfəttişi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi ünvanı Ucar şəhəri, 28 may küçəsi olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 602.4-cü maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 09 saylı Ərazi Vergilər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 09 saylı Ərazi Vergilər İdarəsinin vergi müfəttişi X4 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə 02 may 2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən inzibati xəta haqqında protokola əsasən 01 may 2024-cü il tarixdə saat 11:30-da Ucar şəhəri, 28 may küçəsində yerləşən Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi bazarda operativ vergi nəzarətinin keçirilməsinə maneçilik törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 09 saylı Ərazi Vergilər İdarəsinin vergi müfəttişi X4 tərtib etdiyi protokolun mahiyyətinə uyğun izahat verərək bildirdi ki, 01 may 2024-cü il tarixdə saat 11:30-da Ucar şəhəri, 28 may küçəsində yerləşən Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi bazarda operativ vergi nəzarətinin keçirilməsinə maneçilik törədilmiş, qeyd edilən səbəbdən MMC barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə 02 may 2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, qanuni mənafeyini təmsil etdiyi MMC barəsində tərtib edilən protokol qanunsuz və əsassızdır. Belə ki, 01 may 2024cü il tarixdə saat 11:30-da Ucar şəhəri, 28 may küçəsində yerləşən Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi bazarda operativ vergi nəzarətinin keçirilməsinə başlanılmış, lakin tərəflərindən heç bir maneə olmamışdır. Belə ki, ondan istifadəsində olan şəxsi komputeri istənilmiş və o da xidməti fəaliyyəti ilə əlaqədar olan resurslara daxil olmağa ica vermişdir. Hesab edir ki, tərtib edilən protokol qanuni və əsaslı olmamaqla düzgün tərtib edilməmişdir. Odur ki, qeyd etdiyi xüsusatların nəzərə alınaraq Şəxs MMC barəsində başlanmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan 01 may 2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə 11:30-da Ucar şəhəri, 28 may küçəsində yerləşən Şəxs MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi bazarda operativ vergi nəzarətinin keçirilməsinə maneçilik törədilmişdir. İşdə olan və Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Ucar Ticarət Mərkəzi” MMC hüquqi şəxs olmaqla çadırlarda və bazarlarda sair malların pərakəndə satışı ilə məşğuldur və hüquqi ünvanı Ucar şəhəri, 28 may küçəsindədir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin sanksiyası, yəni göstərilən hadisəyə görə tətbiq ediləcək inzibati tənbeh tədbiri imperativ olaraq yalnız vəzifəli şəxsləri özündə ehtiva edir. Məhkəmə araşdırması zamanı və eləcə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 09 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilən sənədlərdən də görünür ki, Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə inzibati qaydada hüquqpozmanın subyekti kimi Şəxs MMC göstərilmiş və sözügedən MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəzərə alınsa ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs hüquqi şəxsdir, belə olan halda qeyd etmək olar ki, Şəxs MMC inzibati hüquqpozmanın subyekti ola bilməz və bu hal qanunvericiliyin tələbinə ziddir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53.1.2 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-143/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-143/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver