Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-146/2025 22.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Ucar Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 11 dekabr 2024-cü il tarixdə, saat 14:00 radələrində bir baş iribuynuzlu heyvanı Ucar rayonunun Qazyan kəndi ərazisində asfalt örtüklü yolda nəzarətsiz qoymuş, nəticədə bir baş iribuynuzlu heyvan həmin yolda hərəkətdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülkiyyət hüququ əsasında məxsus olan (X4 etibarnamə əsasında idarə etdiyi) “VAZ 21074” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşmuş, hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin Ucar Rayon Polis Şöbəsinin Yol-Patrul Xidmətinin inspektoru X3 tərəfindən 11 dekabr 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 11 dekabr 2024-cü il tarixdə təxminən saat 14:00 radələrində özünə məxsus 4 baş iri buynuzlu heyvanı Ucar rayonunun Qazyan kəndi ərazisindən keçən yolun bir hissəsindən digər hissəsinə keçirən zaman heyvanların üçü yolu keçmiş, biri isə arxada qalmışdır. Həmin arxada qalmış bir baş iri buynuzlu heyvan da yolu keçmək istəyən zaman asfalt örtüklü yolda hərəkətdə olan “VAZ 21074” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Lakin hesab edir ki, avtomobili idarə edən şəxs yüksək surətlə idarə etmiş, hadisənin baş vermə səbəbi də məhz bununla bağlı olmuşdur. Daha sonra, o avtomobili idarə edən şəxsdən dəymiş ziyanı tələb etsə də, sonuncu hər hansı ödəniş etməmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 izahatında göstərdi ki, 11 dekabr 2024-cü il tarixdə təxminən saat 14:00 radələrində DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Ucar RPŞ-nin Yol-Patrul Xidmətinin inspektoru X3 hadisə yerinə getmiş, bir baş iribuynuzlu heyvanın “VAZ 21074” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs X7 tərəfindən vurulmasını müəyyən etmişdir. Sonuncu alkotesterden keçirilmiş, spirtli içki qəbul etmədiyi müəyyən edilmiş, hadisəni törətməkdə təqsirli bilinən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan protokolu tərtib edilmişdir. Eyni zamanda, inzibati araşdırma nəticəsində müvafiq ölçü, sxem aktları tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid izahatında göstərdi ki, 11 dekabr 2024-cü il tarixdə təxminən saat 14:00 radələrində özünə məxsus xırda buynuzlu heyvanlarını Ucar rayonunun Qazyan kəndi ərazisindən keçən asfalt yolun bir hissəsindən digər hissəsinə keçirən zaman adamların yola yığıldığını görmüşdür. Ora yaxınlaşan zaman qardaşı oğlu Şəxs bir baş iri buynuzlu heyvanının “VAZ 21074” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən vurulduğunu görmüşdür. Daha sonra, o və qardaşı oğlu Şəxs avtomobili idarə edən şəxsdən dəymiş ziyanı tələb etsələr də, sonuncu hər hansı ödəniş etməmişdir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, lakin, məhkəməyə ərizə ilə müraciət edərək Şəxs şikayətçi olmadığını bildirməklə, məhkəmə icasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan AD seriyalı 936199 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də etibarnamənin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomobil 17 avqust 2024cü il tarixdən 17 avqust 2025-ci il tarixədək X4 etibarnaməli (sərəncam hüququ əsasında) idarəçiliyindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ Kürdəmir “ASAN xidmət” mərkəzi tərəfindən 21 iyun 2021-ci il tarixdə verilmiş BC851945 nömrəli A1, A, B1, B, C1, C, D1,D kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 nəqliyyat vasitəsini idarə etmə hüququ mövcud olmuşdur. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixdə, saat 15:01-də tərtib edilmiş 93004415 nömrəli protokollaşdırmadan görünür ki, X5 alkoqol sərxoşluğu olmamışdır. İşdən, o cümlədən yol-nəqliyyat hadisəsinin sxeminin surətindən görünür ki, X7 idarə etdiyi “VAZ 21074” markalı, ** LB *** dövlət qeydiyyat nişanlı avtomaşınla 11 dekabr 2024cü il tarixdə, saat 14:00 radələrində Ucar rayonunun Qazyan kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddisübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasılı Qanunun 39-cu (mal-qara ötürənlərin vəzifələri) maddəsinə əsasən, mal-qara ötürənlər, mal-qaranı asfalt və sement beton örtüklü yollarla ötürməməlidirlər, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; nasaz velosipeddən istifadə etməyə; piyadaların hərəkətinə maneə yaradılmasına; keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.6-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə-yetmiş manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin və şahidin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olması tam olaraq müəyyən edilmişdir. Belə ki, sonuncu bir baş iribuynuzlu heyvanı nəzarətsiz qoymuş, qanunvericiliyin tələbinə uyğun olaraq bir baş iribuynuzlu heyvanı asfalt örtüklü yolla, sutkanın gündüz vaxtında ötürməməli olduğu halda ötürmüş, yol nəqliyyat hadisəsinin qarşısının alınması üçün isə heç bir tədbir görməmiş, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona görə də barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar inzibati xətanın xarakteri və ağırlıq dərəcəsi və zərərçəkmiş şəxsin şikayətçi olmamasıdır. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməməsi hissəsinə tənqidi yanaşaraq hesab edirəm ki, bu hal şəxsin özünümüdafiə xarakteri daşımaqla inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasının, ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-146/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-146/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver