Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-154/2024 06.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu, inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Ucar Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 3(063)-154/2024 nömrəli qərarının icrasına xitam verilməsi barədə inzibati xəta törətmiş şəxsin vəsatətinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən və inzibati xəta törətmiş Şəxs məhkəməyə təqdim etdiyi vəsatətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində tərtib edilmiş inzibati tənbeh olunmasına dair 16 sentyabr 2023-cü il tarixli, EQ16916639 saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmiş, buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 21 may 2024-cü il tarixli, 3(063)-154/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İnzibati xəta törətmiş şəxs vəsatət ilə məhkəməyə müraciət edərək inzibati xəta haqqında cəriməni və dəbbə pulunu tam şəkildə ödədiyini göstərmiş və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə mədaxil qəbzini vəsatətə əlavə etmişdir. Vəsatətə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Şəxs 27 may 2024-cü il, saat 16:33-də (EQ16916639 nömrəli inzibati xəta haqqında protokol üzrə) əsasən tətbiq edilmiş inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu, cəmi 80 manat ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsində göstərilir ki, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Hesab edirəm ki, inzibati xəta törətmiş şəxs ona təyin edilmiş cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyinə görə vəsatət təmin edilməli və onun barəsində Ucar Rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 21 may 2024-cü il tarixli, 3(063)-154/2024 nömrəli qərarının icrasına xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 114, 115 və 152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs vəsatəti təmin edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində Ucar Rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 21 may 2024-cü il tarixli, 3(063)-154/2024 nömrəli qərarının icrasına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş hakim vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-154/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-154/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver