Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-159/2024 16.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1988-ci ildə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəki Rayon Məhkəməsinin 2(075)-946/2014 nömrəli, 16 may 2014-cü il tarixli icra sənədinə əsasən 22 yanvar 2011-ci il tarixdə anadan olmuş X3 və 01 aprel 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay, hər uşaq üçün sabit pul məbləğində 60 manat alimentin alınaraq X2 verilməsi, alimentin tutulmasının əvvəlinin 09 aprel 2014-cü ildən hesablanması qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 16 may 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov tərəfindən MN1482232 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 16 may 2014-cü il tarixli qətnaməsinə əsasən ondan tələbkarın xeyrinə iki uşağının saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutulmalıdır. Daimi iş yeri və qazancı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Alimenti ödəməkdən imtina etmir, hissəhissə ödənilməsini təmin edəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru A.Həmidov məhkəmə iclasında izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-946/2014 nömrəli, 16 may 2014cü il tarixli icra sənədinə əsasən borclu-Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan Şəxs 09 aprel 2014-cü il tarixdən başlayaraq hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi 17 oktyabr 2014-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş,nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borclu 01 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on ) gün müddətə inzibati qaydada həbs edilmiş, lakin həmin tarixdən bu günədək heç bir ödəniş edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı və tələbi icra etmədiyi üçün tərəflərindən 09 yanvar 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmiş və borclu 16 may 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tətəfindən Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınaraq icra sənədi üzrə yaranmış 8400 manat aliment borcunun ödənilməsi tələb edilmiş, lakin borclu heç bir üzürlü səbəb bildirmədən tələbi icra etməmişdir. Nəticədə borclunun tələbkara 16 may 2024-cü il tarixədək 8400 manat ödənilməmiş aliment borcu qalmışdır və tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. İcra sənədi üzrə tələbkar X4 məhkəməyə teleqram göndərib borclu barəsində tərtib olunmuş protokolun təmin edilməsini, aliment ödənişi tam ödənilmədiyi halda barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbsetmənin əvvəli 16 may 2024-cü il tarixdən, saat 16:05-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-159/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-159/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver