Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-161/2024 20.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, orta təhsilli, işləməyən, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 2(063)-235/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 01 fevral 2023-cü il tarixdən başlayaraq 29 yanvar 2013-cü ildə doğulmuş X5 və 03 iyun 2019-cu ildə doğulmuş X1 üçün hər ay, hər birinə görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli, 2(063)-235/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 04 sentyabr 2023-cü il tarixdən başlayaraq 29 yanvar 2013cü ildə doğulmuş X5 və 03 iyun 2019-cu ildə doğulmuş X1 üçün hər ay, hər birinə görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri 10 aprel 2023-cü və 07 sentyabr 2023-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədlərinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. 07 sentyabr 2023-cü il tarixli qərarla hər 2 (iki) icra sənədi icra məmurunun qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Borclu bir neçə dəfə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq sonuncudan aliment borcu tələb olunmuş, lakin həmin tarixdən bu günədək heç bir ödəniş edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı və tələbi icra etmədiyi üçün tərəflərindən 20 may 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunub izahatı alınaraq icra sənədi üzrə yaranmış 3600 manat aliment borcunun ödənilməsi tələb edilmiş, lakin borclu heç bir üzürlü səbəb bildirmədən tələbi icra etməmişdir. Nəticədə borclunun tələbkara 20 may 2024-cü il tarixədək 3600 manat ödənilməmiş aliment borcu qalmış, tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs qeyd edilən icra sənədinin icrasını təmin etmir, icra məmurunun qanuni tələblərini yerinə yetirmir və bununla da icra sənədlərinin icrasından yayınır. Ucar Rayon Məhkəməsinin 03 aprel və 04 sentyabr 2023-cü il tarixli, 2(063)-235/2023 saylı icra sənədlərini hazırkı vaxtadək icra etməmişdir. Sözügedən icra sənədi üzrə borclunun hazırkı vaxta olan cəmi borcu 3600 manat təşkil edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik borclu tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən ayağında olan elektron nəzarət vasitəsi ona Ucar rayonunun hüdudlarını tərk etməsinə mane olmuş və bu səbəbdən o, kənar ərazilərdə işləyə bilməmişdir. Hazırkı vaxtadək olan borcunu ödəməyin onun vəzifəsi olduğunu dərk edir, lakin qeyd etdiyi səbəbdən borcunu ödəyə bilməmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs aliment borcunu ödəmir, hazırkı vaxtadək heç bir ödəniş etməmişdir. Odur ki, Şəxs şikayətçi olmaqla sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi (zərərçəkmiş şəxsin bununla bağlı yazılı ərizəsi təqdim olunur). İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 2(063)-235/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 01 fevral 2023-cü il tarixdən başlayaraq 29 yanvar 2013-cü ildə doğulmuş X5 və 03 iyun 2019-cu ildə doğulmuş X1 üçün hər ay, hər birinə görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli, 2(063)-235/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 04 sentyabr 2023-cü il tarixdən başlayaraq 29 yanvar 2013-cü ildə doğulmuş X5 və 03 iyun 2019-cu ildə doğulmuş X1 üçün hər ay, hər birinə görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri 10 aprel 2023-cü və 07 sentyabr 2023-cü il tarixlərdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədlərinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. 07 sentyabr 2023-cü il tarixli qərarla hər 2 (iki) icra sənədi icra məmurunun qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Borclu bir neçə dəfə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq sonuncudan aliment borcu tələb olunmuş, lakin həmin tarixdən bu günədək heç bir ödəniş edilməmişdir. Borclu icra məmurunun çağırışlarından yayındığı və tələbi icra etmədiyi üçün tərəflərindən 20 may 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunub izahatı alınaraq icra sənədi üzrə yaranmış 3600 manat aliment borcunun ödənilməsi tələb edilmiş, lakin borclu heç bir üzürlü səbəb bildirmədən tələbi icra etməmişdir. İşdə olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 20 may 2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şikayətçidir, inzibati qaydada həbs olunmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda borclunun icra sənədləri üzrə borcunu ödəməməsini, tələbkarın əsaslı mənafeyi fövqündə zəruri olan hal kimi qiymətləndirir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Şəxs əməlini yüngülləşdirən hallar olaraq yaşı, ailə vəziyyəti və maddi vəziyyəti nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədləri üzrə yaranmış borcun uzun müddət və qərəzli olaraq icra edilməməsini, icra sənədlərinin mövcudluğundan məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 20 may 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-161/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-161/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver