Məhkəmə qərarları › İş №3(063)-17/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-17/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-17/2025 17.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1983-cü ildə Ucar rayonu, Xələc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Ucar rayonu, Xələc kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Lənkəran Rayon Məhkəməsinin 2(049)-517/2017 nömrəli, 13 fevral 2017-ci il tarixli icra sənədinə əsasən cvabdeh Şəxs 25 noyabr 2006-cı il tarixdə anadan olmuş Həsənağa və 25 yanvar 2009-cu il tarixdə anadan olmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Lənkəran Rayon Məhkəməsinin 13 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş cavabdeh Şəxs hər ay hər uşağa 50 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh Şəxs 25 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 25 yanvar 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat olmaqla, iki uşaq üçün cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, buna görə də onun barəsində 17 yanvar 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R.Mustafayev tərəfindən MN2089009 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan iki uşağının saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə 160 manat aliment tutulması qət edilmişdir. Daimi iş yeri, qazancı və gəliri olmadığından müəyyən edilmiş alimenti tam olaraq ödəməmişdir, az miqdarda, yəni 100 manat ödəmişdir. Yaranmış aliment borcunu birdəfəlik ödəməyə imkanı yoxdur, hissə-hissə ödəyəcəkdir. Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən R.Mustafayev məhkəmə iclasında izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-517/2017 nömrəli, 13 fevral 2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün 14 mart 2017-ci il tarixdən başlayaraq hər ay 160 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icra üçün 14 iyul 2017-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasını təmin etmək üçün borclu Şəxs ünvanına tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmişdir. Borclu Şəxs barəsində aidiyyəti təşkilatlara müvafiq sorğular verilmiş, sorğulara cavab alınaraq borclunun adına hər hansı növ əmlakın və gəlirlərin olması aşkar edilməmiş, o hər hansı növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və heç bir növ pensiya almır. Borclu hissə-hissə olmaqla 5674 manat məbləğində pul vəsaitinin tələbkara ödənilməsini təmin etmişdir. Lakin Şəxs 9052 manat ödənilməmiş qalan aliment borcunun ödəməkdən yayınır və borcun ödənilməsi ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etmir. İcra vərəqəsi üzrə tələbkar 9052 manat məbləğində borcun tam şəkildə ödənilməsini tələb edir. Belə ki, tələbkar borcun ödənilməsi istiqamətində tədbirlərin görülməsi üçün 05 may 2024-cü il tarixdə ərizə ilə müraciə etmişdir. Bundan sonra borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmamış və borclunun axtarılmasına dair qərar qəbul edilərək polis şöbəsinə göndərilmişdir. Borclu Şəxs adına aşkar olunmuş 5.5 hektar torpaq sahəsinin 1/7 hissəsi, borclunun payına düşən 0.78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 saylı, 05 iyun 2002ci il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”nın 1,2 və 3 bəndlərinin təsiri dairəsinə aid edildiyi üçün tələbi qeyd edilən torpaq sahəsinə yönəldilməsi mümkün olmamışdır. İcra vərəqəsi üzrə borclu ödənilməmiş qalan 9052 manat aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır və icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən verilən tələblərə əməl etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Onun təqsiri özünün izahatı, barəsində tərtib edlmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları, o cümlədən Şəxs əmlak vəziyyətini, təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati qaydada həbs edilməsi qanunauyğundur. Eyni zamanda, Şəxs inzibati tənbeh növündə həbs edildiyindən o, Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmalı, qərarın icrası Ucar Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 17 yanvar 2025-ci il, saat 17:55-dən hesablansın. Qərarın icrası Ucar Rayon Polis Şöbəsinə tapşırılısın. Şəxs Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar