Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-173/2025 02.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, X10 oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi X4, barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (deməsinə görə evli), ali təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20, mənzil 60-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 510-cu, 535.1-ci və 206-cı maddələri ilə inzibati xətaları törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im : 24 oktyabr 2024-cü il tarixdə, saat 15:23 radələrində Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, həmçinin üzərində, eləcə də yaşadığı evdə və həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərdə narkotik maddə gizlətməsində şübhəli bilinərək yaşadığı evin yaxınlığında saxlanılmış Şəxs üstü yoxlanılmış, üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmiş, daha sonra onun yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı evin yataq otağında 1 büküm 0,23 qram qurudulmuş marixunaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxs 02 may 2025-ci il tarixdə, saat 11 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Bu barədə, Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərəfindən 02 may 2025-ci il tarixli, MN seriyalı 2270545, ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən, Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, 24 oktyabr 2025-ci il tarixdə, saat 15:23 radələrində Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, həmçinin üzərində, eləcə də yaşadığı evdə və həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərdə narkotik maddə gizlətməsində şübhəli bilinərək yaşadığı evin yaxınlığında saxlanılmış Şəxs üstü yoxlanılmış, üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmiş, daha sonra onun yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı evin yataq otağında 1 büküm qurudulmuş marixunaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxs 02 may 2025-ci il tarixdə, saat 11 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 24 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində Ucar şəhəri, 416 Taqanroq diviziyası küçəsində, yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, onun üzəri yoxlanılmış, daha sonra yaşadığı evə baxış keçirilərkən yataq örtüyünün arasında bir ədəd büküm aşkar edilərək götürülmüşdür. Həmin kütləyə baxış keçirilmiş, qurudulmuş marixuana olduğu aşkar edilmiş və kağız zərfdə qablaşdırılmışdır. Bundan əlavə 01 may 2025-ci il tarixdə təxminən saat 23 radələrində Ucar şəhərində yerləşən kafelərin birində yemək yeyərkən Mirəli adlı şəxs də başqa stolda əyləşmişdir. Kafe sahibi kafeni bağlayacağını bildirmiş, o, buna heç bir etiraz etməmiş, lakin, Mirəli kafe sahibinin ünvanına nalayiq söyüşlər işlətmişdir. Belə olan halda, o, Mirəliyə irad bildirərək nalayiq ifadələr işlətməməsini tövsiyyə etmişdir. Mirəli isə gözləmədən onu arxa tərəfdən baş nahiyəsinə zərbə endirmiş və nəticədə başından xəsarət almışdır. Beləliklə, dərhal bununla bağlı Ucar RPŞ-yə müraciət etmiş və RPŞ-də müvafiq araşdırmalara başlanılmışdır. 02 may 2025-ci il tarixdə, saat 11 radələrində Mirəlinin hərəkətlərindən qıcıq olduğundan sonuncunun yaşadığı Ucar şəhəri, 20 Yanvar küçəsinə gedib ucadan onun ünvanına nəlayiq ifadələr işlətməyə və onu çağırmağa başlamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb irad bildirmişlər. O, sərxoş halda olduğundan buna etiraz edərək hərəkətlərinə davam etmiş və yenidən uca səslə nəlayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona maşına əyləşməyini deyəndə o, bir daha etiraz edib qaçmağa çalışmışdır. Bundan sonra polis əməkdaşları onu saxlayıb Ucar RPŞ-nə gətirmişlər. Hazırda törətdiyi əməllərdən peşmandır və himayəsində yaşlı anasının, eləcə də qeyri rəsmi nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid, Ucar RPŞ-nin TB-nin təhiqiqatçısı X5 göstərdi ki, 02 may 2025-ci il tarixdə, saat 11 radələrində Ucar RPŞ-nin TB-nin baş təhiqiqatçısı Yusif Xəlilovla birlikdə icraatında olan Şəxs müraciəti ilə əlaqədar olaraq hadisəni törətmiş Ucar şəhəri, 20 Yanvar küçəsində yaşayan Mirəli Purqafarinin yaşadığı ünvanda olan zaman oraya Şəxs gəlmişdir. Şəxs həmin ünvana gələrək həyətə daxil olmadan küçədə nəlayiq söyüşlər söyməyə və yersiz səs-küy salmağa başlamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən məhəl qoymamış və öz qərəzli hərəkətlərini davam etdirmişdir. Onlar Şəxs Ucar RPŞ-yə getməyə dəvət edən zaman həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq polis şöbəsinə getməkdən imtina etmiş və hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Buna görə də Şəxs tərəflərindən Ucar RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahid, X6 şahid X3 izahatına uyğun, oxşar məzmunlu izahat verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İşdə olan sənədlərdən, o cümlədən raportdan görünür ki, 24 oktyabr 2024-cü il tarixdə, saat 15:23 radələrində Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, həmçinin üzərində, eləcə də yaşadığı evdə və həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərdə narkotik maddə gizlətməsində şübhəli bilinərək yaşadığı evin yaxınlığında saxlanılmış Şəxs üstü yoxlanılmış, üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmiş, daha sonra onun yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı evin yataq otağında 1 büküm qurudulmuş marixunaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxs 02 may 2025-ci il tarixdə, saat 11 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, daha sonra, şöbəyə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan 23 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla, satış məqsədi olmadan üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan marixuana gəzdirdiyinə görə onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin təsiri altına düşdüyündən barəsində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Ucar RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Şəxs yataq otağından aşkar edilmiş yaşıl kütlə yazısı, adları və imzalar yazılmış 1 ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,23 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün sübut əhəmiyyətli olduğundan maddi sübut hesasb edilmiş, həmin qurudulmuş marixuanadan 0,02 qramının tədqiqata sərf edilməklə istifadə olunması nəzərə alınmaqla, qalıq qalan 0,21 qram qurudulmuş marixuana 25 oktyabr 2024-cü il tarixli qərarla 1 ədəd zərfdə qablaşdırılıb “məhkəmə ekspertizası mərkəzi tədqiqat obyekti №3” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X7 Bölməsinin 25 oktyabr 2024-cü il tarixli, 17/845 saylı ekspert rəyinin surətinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “vət.X1 yataq otağından aşkar olunmuş yaşıl kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram, qalıq çəkisi 0,021 qram təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İşdə olan inzibati qaydada tutma haqqında 02 may 2025-ci il tarixli, AZA 023704 saylı protokoldan görünür ki, Şəxs 02 may 2025-ci il tarixdə saat 12:10-da inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 02 may 2025-ci il tarixli, AZA 010054 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələrində nəzərə tutulmuş inzibati xətaları təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və belə pozuntuya görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, Şəxs İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddələrdə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran halların olmaması, eləcə də, əməlindən səmimi peşmançılıq çəkməsi, ailə və maddi vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun törətdiyi xəta əməlində bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, ona İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Bundan əlavə, Şəxs üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsini, həmçinin yataq otağından aşkar edilmiş kütləyə Ucar RPŞ-nin növbətçi hissəsində baxış keçirilməsini özündə əks etdirən 02 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, toplanmış materiala əlavə edilməsi nəzərə alınmalı və ondan aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,021 qram olan, maddi sübut sayılan narkotik vasitə-qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, müxtəlif vaxtlarda üç inzibati xəta törətməsini, onu nizam-intizama dəvət edən Ucar RPŞ-nin əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, onlarla birlikdə RPŞ-yə getməklə bağlı qanuni tələblərinə əməl etməməsini, ucadan nalayiq ifadələr işlətməsini, eyni zamanda, narkotik vasitələrdən istifadə etməklə bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 02 may 2025-ci il tarixdə, saat 12:10 radələrindən faktiki olaraq saxlanılması və bundan sonra buraxılmaması onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və bu həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31.4, 33.1.2, 34.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində həbs təyin olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 02 may 2025-ci il tarixdən saat 12:10-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Şəxs götürülmüş, qalıq çəkisi 0,021 qram olan maddi sübut, narktik vasitəqurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs məhkəmə məsrəfi hesab 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Şəxs üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsini, həmçinin yataq otağından aşkar edilmiş kütləyə Ucar RPŞ-nin növbətçi hissəsində baxış keçiriilməsini özündə əks etdirən 02 ədəd Kompakt Disk maddi sübut kimi tanınmaqla, toplanmış materiala əlavə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-173/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-173/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver