Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-174/2025 07.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs - Ucar RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay (deməsinə görə evli), fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 334.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 09 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 08 yanvar 2025-ci il tarixdə, saat 23:45-də ünvan 1 ünvanında yaşayan Şəxs VAZ 21063 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili Ucar-Zərdab avtomobil yolunun Ucar rayonu, Qazyan kəndində sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan 1 (bir) il ərzində təkrar idarə etmiş və bununla da inzaibati xəta hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən vəzifəli şəxs - Ucar RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X3 göstərdi ki, 08 yanvar 2025-ci il tarixdə, saat 23:45-də ünvan 1 ünvanında yaşayan Şəxs VAZ 21063 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili Ucar-Zərdab avtomobil yolunun Ucar rayonu, Qazyan kəndində sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan 1 (bir) il ərzində təkrar idarə etmiş və bununla da inzaibati xəta hadisəsi törətmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 08 yanvar 2025-ci il tarixdə, saat 23:45-də Ucar-Zərdab avtomobil yolunun Ucar rayonu, Qazyan kəndi ərazisində etibarnaməsiz və sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21063 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən dövlət qeydiyyat nişanı yerində olmadığı üçün yol polisi tərəfindən saxlanılmışdır. Həmin gün Göyçay şəhərində toy mərasimində olarkən spirtli içki qəbul etmiş və bu hal ona “saxla” əmri verən polis əməkdaşları tərəfindən xüsusi texniki vasitə ilə aşkar edilmiş və onun özü tərəfindən də etiraf edilmişdir. Eyni zamanda, sürücülük hüququ da olmamışdır və hal hazırda da yoxdur. O, bundan başqa, 2024-cü ilin fevral ayında da İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilinərək 01 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. Hazırda törətdiyi əməldən peşmandır, himayəsində üç azyaşlı uşaqlarının olmasının və digər yüngülləşdirici halların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş 09 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 08 yanvar 2025-ci il tarixdə, saat 23:45-də ünvan 1 ünvanında yaşayan Şəxs VAZ 21063 minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili Ucar-Zərdab avtomobil yolunun Ucar rayonu, Qazyan kəndində sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan 1 (bir) il ərzində təkrar idarə etmiş və bununla da inzaibati xəta hadisəsi törətmişdir. İşdə olan 16 fevral 2021-ci il tarixdə verilmiş AE seriyalı, 038570 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21063” minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ X1 məxsusdur. İşdə olan alkotester qəbzindən görünür ki, Şəxs sərxoşluq dərəcəsi 0,863 promil müəyyən olunmuşdur (bu hal onun öz imzası ilə də təsdiqini tapır). İşdə olan Göyçay Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 3(046)-181/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.3-cü maddələri ilə təqsirli bilinərək ona 01 ay müddətə inzibati qaydada həbs təyin edilmişdir (inzibati xəta hadisəsinin törənməsi 28 fevral 2024-cü il tarixdə olmuşdur). Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 334.3-cü maddələri ilə təqsirli bilinərək 28 fevral 2024-cü il tarixdə Göyçay Rayon Məhkəməsinin 29 fevarl 2024-cü il tarixli, 3(046)-181/2024 saylı qərarı ilə 01 ay müddətə inzibati qaydada həbs olunmuş və hazırkı inzibati xəta hadisəsi isə 08 yanvar 2025-ci il tarixdə baş vermişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 334.2-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində 3 azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç azyaşlı uşaqlarının olmasını, eləcə də, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, o cümlədən onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 23 (iyirmi üç) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 07 may 2025-ci il tarixdən saat 12:40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(063)-174/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-174/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver