Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-175/2025 07.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 1998-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, 3-cü qrup əlil, “X5” MMC-də fəhlə işləyən, Ucar şəhəri, X4 küçəsi, ev 29-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işdən görünür ki, Şəxs 07 aprel 2025-ci il tarixdə, saat 00:05də nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi “Mercedes Benz C230” minik markalı, ** KM *** qeydiyyat nişanı olan nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək Ucar-Göyçay avtomobil yolunun Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər vurmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ucar Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru X2 izahatında göstərdi ki, Şəxs 07 aprel 2025-ci il tarixdə, saat 00:05-də etibarnaməsiz, sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etdiyi “Mercedes Benz C230” minik markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar-Göyçay avtomobil yolunun Ucar rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Tərəfindən inzibati araşdırma aparılmış və Şəxs izahatı alınmışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 07 aprel 2025-ci il tarixdə, saat 00:05-də etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar-Göyçay avtomobil yolunda hərəkətdə olub manevr etmə qaydasını pozduğu üçün yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra polisə məlumat vermədən oradan uzaqlaşmışdır. Baş vermiş hadisə barədə 07 aprel 2025-ci il tarixdə, səhər saatlarında Ucar Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşına məlumat vermişdir. Polis əməkdaşları tərəfindən o, X1 aparılaraq müayinə olunmuş və narkoltik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Hadisə zamanı avtomobildə tək olmuş və xəsarət almamışdır. O, hadisə baş verməmişdən 4-5 gün əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Törətdiyi əmələ görə peşimançılıq hissi keçirir, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ qrup müharibə əlilidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, mülkiyyətində “Mercedes Benz” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobili vardır, sözügedən avtomobillə Ucar rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsindən məlumatı var, Şəxs heç bir şikayət və tələbi yoxdur, hadisə ilə bağlı məhkəmə prosesinə onun iştirakı olmadan baxılmağı xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan inzibati xəta haqqında baxılması mümkün hesab edirəm. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan 1102 nömrəli, 07 aprel 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 07 aprel 2025-ci il tarixdə, saat 14:15-də müayinə vaxtı THC marixuana aşkar edilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C230” minik markalı, ** KM *** qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin mülkiyyətçisi Zərərçəkmiş şəxsdur. İşdə olan sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ qrup müharibə əlilidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, sərxoşluq vəziyyətinin tibbi müayinə aktı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və iş materialları ilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə təqsirini boynuna almasını, səmimi peşimançılığını, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ qrup müharibə əlili olmasını və zərər çəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Qeyd olunanları, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətdiyi inzibati xətaya görə təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə təqsirli bilinib min manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə hazırkı qərarı qəbul etmiş hakim vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №3(063)-175/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-175/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver