Məhkəmə qərarları › İş №3(063)-176/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(063)-176/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(063)-176/2025 19.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Protokol tərtib etmiş vəzifəli şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Ucar rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X5 Bölməsindən daxil olmuş 18 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 19 mart 2025ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi “VAZ 21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ucar rayonu, Bərgüşad kəndi ərazisində yolnəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışdır. Protokol tərtib etmiş vəzifəli şəxs X2 izahatında göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis şöbəsinin X5 Bölməsindən daxil olmuş 18 aprel 2025ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 19 mart 2025-ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi “VAZ 21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ucar rayonu, Bərgüşad kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 19 mart 2025-ci il tarixdə saat 21:00 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə Ucar rayonu, Bərgüşad kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxmış və nəticədə yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanında sərnişin qismində əyləşmiş oğlu, Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və sonuncunun ona qarşı hər-hansı şikayət və ya tələbi yoxdur. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 19 mart 2025-ci il tarixdə saat 21:00 radələrində atası Şəxs idarə etdiyi “VAZ 21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilə Ucar rayonu, Bərgüşad kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxmış və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş hadisə zamanı o da avtomobildə olduğundan yüngül bədən xəsarətləri almışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayəti və tələbi yoxdur (bu barədə yazılan ərizə iş materiallarına əlavə edilmişdir). Digər Zərərçəkmiş şəxs2 işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən digər zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 06 iyun 2016-cı il tarixli, AC 716463 saylı Şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, “BC” dərəcəli vəsiqə 06 iyun 2026-cı il tarixədək etibarlıdır. İşdə olan AC 662676 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də etibarnamənin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı avtomobil 22 oktyabr 2016-cı il tarixdən 06 iyun 2026-cı il tarixədək Şəxs etibarnaməli (sərəncam hüququ əsasında) idarəçiliyindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş (canlı şəxsin məhkəmə tibbi ekspertizası) 25 mart 2025-ci il tarixli, 80 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət başın təpə nahiyyəsinin əzilmiş yaraları küt alətin təsirindən əmələ gəlmişdir, 19 mart 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş, bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan 19 mart 2025-ci il tarixli, 34 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, Şəxs müayinəsi zamanı sərxoşluq halları aşkar edilməmişdir. İşdə olan Zərərçəkmiş şəxs1 tərəfindən 19 may 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, dəyən ziyan ödənilmiş, ona görə də sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 tərəfindən 06 may 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlar əsasında, Şəxs 19 mart 2025-ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi “VAZ 21074 markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ucar rayonu, Bərgüşad kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri yetirməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gəlir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəyən ziyanı ödəməsi və səmimi peşmanlığı sonuncunun məsuliyyətini yüngülləşdirən hallara aid edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: 1) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 300 (üç yüz) manat cərimə təyin edilsin. 2) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar